Hacı İsmayılov: "Azərbaycanfilm" kinostudiyası bərpa edilərək əvvəlki işlək halına gətirilməlidir
Bakı, 21 aprel, AZƏRTAC
Mən teatr aktyoruyam, ömrümün ən mənalı və gözəl vaxtlarını kinoda keçirmişəm. Kino mənə çox şey verib. Kino mənə şöhrət, hörmət və insanların sevgisini bəxş edib. Bu səbəbdən də kinematoqrafiya sahəsində olan hər bir problem məni də düşündürür və narahat edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Azərbaycan Kinosu -125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda keçirilən Kino Forumunda iştirak edən aktyor, Xalq artisti Hacı İsmayılov deyib.
“Kino Forumunun təşkili məni çox sevindirdi. Çünki belə görüşlər və müzakirələr çoxdan gözlənilən idi. Bu, Azərbaycan mədəniyyətinin, eyni zamanda kino sənətinin inkişafı üçün çox vacib olan bir təşəbbüsdür. Burada çox söhbətlər, müzakirələr oldu, amma ən əsas Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından çox az danışıldı. Axı bizim sevərək izlədiyimiz klassik filmlərimiz elə həmin kinostudiyada istehsal olunub. Orada pavilyonlar, xüsusi texnika, avadanlıqlar və inkişaf üçün rəqabət var idi. Rejissorlar bir-birindən maraqlı və baxımlı filmlər çəkirdilər. Ora canlı və işlək mexanizm idi. Məncə ən önəmli məsələlərdən biri də Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasını bərpa edərək əvvəlki işlək halına gətirməkdir. Yalnız bundan sonra milli kinematoqrafiyamız inkişaf edə bilər", - deyə Xalq artisti söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:38]
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq
- 05.10.2026 [20:02]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [19:16]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:10]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [18:43]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]