Hacıqabul və Qaradağ rayonlarının bir hissəsinə suyun verilməsində məhdudiyyətlər olacaq
Bakı, 14 fevral, AZƏRTAC
Hacıqabul və Qaradağ rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, 1-ci Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində Hacıqabul rayonunun Qızılburun və Atbulaq, Bakının Qaradağ rayonunun Ələt, Qobustan qəsəbələrinə, Səngəçal qəsəbəsinin bir hissəsinə və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]