Hacıqabulda baramaçılığı inkişaf etdirmək məqsədilə 12 min ədəd tut tingi əkilib
Hacıqabul, 19 dekabr, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda baramaçılıq yeni təsərrüfat sahəsidir. Son illər rayonda bu gəlirli sahənin inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, yeni tut bağları salınır, ipəkqurdunun bəslənməsi üçün tikililər inşa olunur.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, aqrar bölmənin bu gəlirli sahənin inkişaf etdirilməsində əsas amil olan yem bazasının möhkəmləndirilməsi üçün ötən il rayonun ayrı-ayrı kəndlərində 5 min tut tingi əkilərək kümçülərə verilib. Bu istiqamətdə işlər davam etdirilir. Belə ki, bu günlərdə Çin Xalq Respublikasından gətirilmiş tinglərin 6 min ədədi rayonda əkilib.
Yeni tinglərin əkilməsi ilə yanaşı, mövcud tut bağlarına da aqrotexniki qaydada qulluq göstərilir.
Qeyd edək ki, son üç ildə rayonda baramaçılığı inkişaf etdirmək məqsədi ilə 12 min ədəd tut tingi əkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]