HACIQABULDA TRAVMATOLOJİ MƏRKƏZ YARADILACAQDIR
AZƏRTAC xəbər verir ki, bu ilin sonunadək Hacıqabulda Travmatoloji mərkəzin tikintisinə başlanacaqdır.
Dövlət vəsaiti hesabına tikələcək bu tibb ocağı əyalətdə yaşayan insanların sağlamlıq probleminin yerində həllinə imkan yaradacaqdır. Mərkəzdə stasionar və ambulator tibbi xidmətlərin yüksək standartlar səviyyəsində təşkili nəzərdə tutulur.
Beynəlxalq və regional əhəmiyyətli yolların, neft və qaz kəmərlərinin qovşağında yerləşən bu rayonda son illər səhiyyənin inkişafına xidmət ğöstərən ardıcıl layihələr həyata keçirilir. Ötən il Hacıqabul şəhərində 50 çarpayılıq xəstəxana istifadəyə verilmiş, MDB məkanında bənzəri olmayacaq Uşaq tibb mərkəzinin bünövrəsi qoyulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]