İDMAN
Hakimlər Komitəsinin sədri “Kəpəz”in futbolçularına mübahisəli epizodları izah edib
Bakı, 25 noyabr, AZƏRTAC
AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker və Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev “Kəpəz” komandasının futbolçuları ilə görüşüblər.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, onlar oyunçulara qaydalarda və təlimatlarda edilən dəyişikliklər haqqında məlumat veriblər.
Mübahisə doğuran oyun epizodları nümayiş etdirilib, vəziyyətlərə aydınlıq gətirilib. Daha sonra Frank De Bleker futbolçuların suallarını cavablandırıb.