Hakimlərin Seçki Komitəsi hakimliyə namizədlər üçün keçirilmiş yazılı imtahanın nəticələrini açıqlayıb
Bakı, 15 mart, AZƏRTAC
Mətbuatda xəbər verildiyi kimi, testdən, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək bir il müddətində davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni başa vurmuş 125 nəfər hakimliyə namizədin peşə hazırlığının yoxlanılması məqsədilə şəffaf prosedurlar əsasında yazılı imtahan keçirilib.
Hakimlərin Seçki Komitəsindən AZƏRTAC-a bildiriblər ki, imtahan zamanı namizədlər məhkəmə qərarlarının layihələrini tərtib etmək bacarıqlarını nümayiş etdiriblər. İmtahan nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən ikiqat üsulla yoxlanılıb və 123 nəfər hakimliyə namizəd tədrisin yekunları üzrə şifahi imtahana buraxılıb.
Şifahi imtahana buraxılan namizədlərin siyahısı Məhkəmə-Hüquq Şurasının internet səhifəsində (jlc.gov.az) yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]