Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hava proqnozlarının hazırlanmasında 70-dən çox şəxs iştirak edir... - REPORTAJ

Bakı, 23 mart, Göyçək Mahmudlu, Arif Quluzadə (fotolar), AZƏRTAC

Hava şəraiti gündəlik həyatdakı fəaliyyətimizə, planlarımıza təsir edən amillərdəndir. Təsadüfi deyil ki, hava şəraiti geyimimizdən gedəcəyimiz məkana, görəcəyimiz işin planlaşdırılmasına qədər mühüm rol oynayır. Proqnozlardan xəbərsiz olsaq, aldadıcı hava sağlamlığımıza mənfi təsir göstərməsilə də nəticələnə bilər. Belə ki, səhər tezdən buludsuz səmada Günəşin şirin təbəssümünə aldanan şəxs axşam havanın kəskin dəyişəcəyindən xəbər tutmazsa, təbii ki, evdən nazik bir geyimlə ayrılacaq. Axşama doğru aydın səmanın qara buludlarla örtülməsi, yağış yağması, güclü külək həmin şəxsin səhhətinə təsirsiz ötüşməyəcək. Ya da güclü küləyin gözlənilməsindən xəbərsiz olan şəxsin həm canı, həm də əmlakı zərər görə bilər. Odur ki, günümüzü planlaşdırmazdan əvvəl adətən öncə havanın necə olacağı ilə maraqlanırıq. Proqnozların hazırlanması və daha dəqiq məlumatların verilməsi üçün hansı işlərin görüldüyü isə əksəriyyətimiz üçün maraqlıdır. Axı bütün qurumların fəaliyyəti onların yaydığı məlumatlardan asılıdır. Bu isə özlüyündə böyük məsuliyyət tələb edir.

Hava proqnozunun necə hazırlanması ilə bağlı suallara cavab tapmaq üçün Ümumdünya Meteorologiya Günündə yolumuzu Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzindən saldıq. Mərkəzin girişində müxtəlif vaxtlarda hava müşahidələrini aparan cihazların sərgilənməsi və onlar barədə məlumatların yer alması diqqətimizi çəkdi...

Şuşada bir dəst dopler radar sistemi, Laçın, Qubadlı, Ağdərə, Xocavənd, Xankəndidə avtomat meteoroloji stansiyalar quraşdırılacaq

Son illərdə hidrometeoroloji investisiyalar çərçivəsində hidrometeoroloji müşahidə şəbəkəsinin sürətlə avtomatlaşdırılmasına başlanıldığını deyən Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib: “2019-2023-cü illər ərzində müasir standartlara cavab verən 2 dəst dopler radar, 4 dəst dəniz hidrometeoroloji stansiyası və 40 ədəd avtomat hidroloji stansiya, həmçinin 17 ədəd avtomat meteoroloji stansiya alınaraq quraşdırılıb. İşğaldan azad olunmuş ərazilərdə müşahidə şəbəkəsinin bərpası, yenidən qurulması tədbirləri davam etdirilir. Belə ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisindən axan 10 çay üzərində 11 ədəd avtomat hidroloji stansiya quraşdırılaraq istifadəyə verilib. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 2022-ci ildə 5 ədəd bütün lazımı sensorlarla təchiz olunmuş yeni nəsil avtomat meteoroloji stansiya Ağdam, Zəngilan, Kəlbəcər, Füzuli və Şuşa şəhərlərində quraşdırılaraq istismara verilib. Həmin stansiyalar ərazinin meteoroloji şəraitini öyrənməyə, buludluğu, meteoroloji görmə məsafəsi, havanın və torpağın temperaturu, rütubəti, yağıntını, küləyin sürətini, istiqamətini və s. meteoroloji parametrləri onlayn rejimdə izləməyə imkan verir. İstifadədə olan bütün avtomat stansiyaların məlumatları hazırda Milli Hidrometeorologiya Xidmətində fəaliyyət göstərən Situasiya Mərkəzində vizuallaşır. Dövlət Proqramı çərçivəsində bu il ərzində də həmin işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, Şuşa şəhərində bir dəst dopler radar sisteminin, həmçinin növbəti illərdə Laçın, Qubadlı, Ağdərə, Xocavənd rayonlarında, həmçinin Xankəndi şəhərində müasir standartlara cavab verən atmosfer havasının müşahidəsini aparan, meteoroloji parametrləri dəqiqləşdirən daha beş avtomat meteoroloji stansiyaların quraşdırılması nəzərdə tutulub. İşğaldan azad edilmiş ərazilərdə quraşdırılacaq dopler radar sistemi üçün hündürlüyünə görə, ən optimal ərazi Şuşadır. Həmin radar Qarabağ üzrə meteoroloji məlumatların əldə olunmasına kömək edəcək. Radarın əhatə dairəsi 100 kilometrdən çoxdur və bütün ərazinin meteoroloji məlumatlarının Situasiya Mərkəzinə ötürülməsində önəmli rol oynayacaq.

Bundan əlavə, bu il Füzulidə yeni bir aerostansiyanın quraşdırılması nəzərdə tutulub. Bu da dövlət investisiya layihələri çərçivəsində həyata keçiriləcək”.

Bu il dəniz hidrometeoroloji stansiyaların da yenilənməsi və avtomatlaşdırılması planlaşdırılır.

Həmçinin yaxın zamanlarda mobil tətbiqin də əhalinin istifadəsinə verilməsini nəzərdə tutmuşuq. Bununla da baş verə biləcək hidrometeoroloji hadisələrlə bağlı təhlükəli hidrometeoroloji proqnozların öncədən əhaliyə ötürülməsi həyata keçiriləcək. Əhalinin düzgün, dolğun və öncədən məlumatlandırılması çox önəmlidir. Bu istiqamətdə işlər gedir, mobil tətbiqin ilin ortalarında istifadəyə verilməsi planlaşdırılır.

Radar vasitəsilə alınan məlumatlar növbəti mərhələdə mobil tətbiq vasitəsilə həmin ərazidə yaşayan əhalinin telefonuna daha öncədən göndəriləcək.

Azərbaycanda hidrometeoroloji müşahidələr 1830-cu ildən aparılır

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova AZƏRTAC-a müsahibəsində bildirib ki, Azərbaycanda hidrometeoroloji müşahidələr 1830-cu ildən başlayaraq aparılır. İlkin müşahidələr dəniz səviyyəsi üzərində olub. Sonrakı mərhələdə meteoroloji və hidroloji müşahidələrin aparılmasına başlanılıb. Növbəti mərhələdə genişlənərək şəbəkə halını alan hidrometeoroloji müşahidələr hazırda bütün ölkə ərazisini əhatə edir. Son illər hidrometeoroloji şəbəkənin 50 faizi tam avtomatlaşdırılıb. Stansiyalar müasir tələblərə cavab verən avtomatik stansiyalarla, sensorlarla təchiz edilib. Real vaxt ərzində məlumatlar Situasiya Mərkəzinə ötürülür. Burada məlumatlar emal edilir, arxivləşdirilir və növbəti günlər üçün hava şəraiti ilə bağlı proqnozların hazırlanmasında istifadə edilir. Ümumiyyətlə, proqnozların hazırlanmasında, emal olunmasında 70-dən çox əməkdaş iştirak edir.

Ötən il Xankəndidə aqrometeoroloji stansiyanın fəaliyyəti bərpa edilib

G.Abbasovanın sözlərinə görə, avtomatlaşdırma işləri işğaldan azad olunmuş ərazilərdə də aparılır. Hidrometeroloji şəbəkənin bərpası istiqamətində demək olar ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 11 hidroloji stansiya artıq qurulub və fəaliyyəti bərpa edilib. Araz çayı, Bərgüşad, Tərtərçay, Oxçuçay, Həkəriçay, Tutqunçay, Zabuxçay, Bəsitçay, Köndələnçay, Xaçınçay və digər çaylar üzərində hiodroloji avtomatik stansiyalar quraşdırılıb. Eyni zamanda, dörd transsərhəd çay üzərində - Oxçuçay, Bəsitçay, Bərgüşad və Araz çayları üzərində keyfiyyat sensorları da quraşdırılıb ki, bununla da real vaxt ərzində suyun həm kəmiyyət, həm də keyfiyyət göstəricilərini izləmək mümkündür.

Həmçinin ötən il Xankəndidə aqrometeoroloji stansiyanın fəaliyyəti bərpa edilib. Həmin stansiya vasitəsilə torpağın keyfiyyəti barədə, eyni zamanda, havanın temperaturu, rütubəti, küləyin istiqaməti, sürəti və digər meteoroloji parametrlər üzrə məlumatları əldə etmək olur.

“Erkən xəbərdarlıq hamı üçün...”

Azərbaycan 1993-ci ildən Ümumdünya Meteorologiya Təşkilatının üzvüdür. Təşkilat bütün üzv ölkələrə tələb şəklində qoyub ki, üzv dövlətlərin hər birində erkən xəbərdarlıq sistemi quraşdırılmalıdır. Erkən xəbərdarlıq sistemi quraşdırıldıqda o, əhalinin sağlamlığının, əmlakının, eyni zamanda iqtisadiyyatın ayrı-ayrı istiqamətlərinin hidrometeoroloji təsirlərdən qorunmaq, dəyən zərəri minimuma endirmək üçün çox yaxşı bir alət olacaq. İnsanlar fəlakətin baş verəcəyi zamandan daha öncədən məlumatlı olacaq və hər hansı bir tədbirləri görmək imkanı əldə edəcəklər. Həmin məlumatlar aidiyyəti qurumlara - Fövqəladə Hallar Nazirliyinə, Səhiyyə Nazirliyinə, güc strukturlarına ötürüləcək və hər bir qurum anında fəaliyyətini həmin hadisəyə uyğun qura biləcək. Bu bizim üçün daha səmərəli sistem olacaq. Hazırda iqlim dəyişmələrinin təsiri nəticəsində təhlükəli hidrometeoroloji hadisələrin baş verməsi daha da intensivləşib, ərazisi lokal olaraq daha genişlənib və intensivliyi artıb. Həmin məlumatların əvvəlcədən proqnozlaşdırılması iqtisadiyyata dəyən zərərin minimuma endirilməsinə gətirib çıxaracaq.

Erkən xəbərdarlıq sisteminin qurulması üçün bir çox işlər görülüb. Şəbəkənin avtomatlaşdırılması buna nümunədir. Eyni zamanda, erkən xəbərdarlıq sisteminin əsas tərkib hissəsi olan radar sistemlərinin qurulması da prosesə töhfədir. Ölkəmizdə iki belə radar quraşdırılıb ki, onlardan biri Göygöldə biri isə Şamaxıdadır. Həmin məlumatlardan istifadə edərək təhlükəli hadisələri ən azı üç saat əvvəlcədən proqnozlaşdıra bilirik.

Ongünlük proqnozlar hər gün yenilənir

Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Şəbnəm Qurbanova Milli Hidrometeorologiya Xidmətində respublikanın 8 iqlim bölgəsi və Xəzər dənizinin 6 rayonu üzrə sutkalıq, iki sutkalıq və ongünlük hava proqnozlarının hazırlandığını diqqətə çatdırıb. Bildirilib ki, hidrometeoroloji proqnozlar hazırlanan zaman ilkin məqsəd faktiki müşahidə məlumatlarının təhlili, ölkə ərazisində hazırda müşahidə olunan sinoptik şəraitin müəyyən olunmasıdır. Daha sonra isə müxtəlif proqnoz mənbələrindən istifadə edilərək hava proqnozu hazırlanır. Bu zaman TURKMETCAP sisteminin, radar sisteminin, həmçinin peyk məlumatlarından istifadə olunur. TURKMETCAP sistemi Türkiyə tərəfindən quraşdırılıb. Burada yaxın 10 gün ərzində gözlənilən hava şəraiti haqqında məlumat əldə etmək olar. Əldə oluna biləcək məlumatlar sırasında atmosfer hadisələri, buludluluq, küləyin sürəti, istiqaməti, yağıntının miqdarı, qarın hündürlüyü, şimşək, dolu sahələrinin müəyyən olunması, duman, havanın minimal maksimal temperaturu barəsində informasiyalar yer alır. Gün ərzində sistem iki dəfə yenilənir: səhər və axşam 10-da. Ongünlük proqnozlarda gün sayı yaxın olduqca onun özünü doğrultması 90 faizə qədərdir.

Hidrometeoroloji Proqnozlar Bürosunun baş mühəndisi Vüsal Mirzəyev Şamaxı və Göygöldəki dopler radarlarının Amerikadan alındığını və hər ikisinin yerləşdiyi yerdən 250 kilometr radiusda atmosferdə hava müşahidəsi apara bildiyini vurğulayıb: “Əsas prinsipi atmosferdə baş verən təhlükəli hidrometeoroloji prosesləri aşkarlamaq, erkən xəbərdarlıq sisteminin ilkin pilləsi olaraq öncədən prosesləri izləmək, əhaliyə və lazimi orqanlara həmin prosesin xəbərdarlığını çatdırmaqdan ibarətdir. Radarlar yerləşdiyi ərazidən 250 kilometrlik radiusda ölkə daxilindən və ölkə xaricindən gələn atmosfer proseslərini fasiləsiz olaraq Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzində vizuallaşdırır və vizuallaşan məlumatlar analiz edilərək proqnoza və xəbərdarlıqların hazırlanmasında istifadə olunur. Radarlardakı yağıntı bölməsində lokal xarakterli yağıntıların belə miqdarı, nə qədər düşmə potensialı olduğu barədə məlumatlar yer alıb. Həmçinin radarlarda təhlükəli bulud sistemləri aşkarlanırsa, onun hündürlüyü müəyyən edilir. Nəticədə hər hansı bir yağıntı növünün təhlükəli şimşək prosesinə və leysan xarakterli yağıntılara keçəcəyini, prosesin güclənəcəyini, dolunu aşkar edə bilirik”.

Hidrometeoroloji Proqnozlar Bürosunun mütəxəssisi Fidan Hacıyeva isə istehlakçıya dəqiq şəkildə hidrometeoroloji xidmətin göstərilməsi məqsədilə təhlükəli və xüsusi təhlükəli atmosfer hadisələri barəsində xəbərdarlıqların dəqiq şəkildə lazımi formatda yığılması və operativ çatdırılmasına görə sinoptiklərin məsuliyyət daşıdığını qeyd edib. Diqqətə çatdırılıb ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunduqda faktiki məlumatlara əsasən icmallar hazırlanır və videoformatda şərh edilərək nazirliyin, eləcə də xidmətin sosial platformalarında yayımlanır.

Martın 23-ü Ümumdünya Meteorologiya Günü - bizə doğru-düzgün proqnozları çatdıranların günüdür. Görünən odur ki, üzərlərində böyük məsuliyyət olan sinoptiklərimiz təkmilləşən sistemlərdən istifadə ilə daha dəqiq məlumatların verilməsi üçün əllərindən gələni əsirgəmirlər. Təsadüfi deyil ki, günəşli bir səhərin axşama doğru yağıntılı və küləkli hava şəraiti ilə əvəzlənməsinə hazırlıqlı olmağımız da sinoptiklərimizin gərgin əməyinin nəticəsidir.

Sinoptiklərin verəcəyi proqnozlardan asılı olmayaraq, əhvalınızın və gününüzün hər zaman xoş olması diləyi ilə...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar