Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hər zaman sülhün tərəfdarı olan Azərbaycan konstruktiv mövqe nümayiş etdirir

Hər zaman sülhün tərəfdarı olan Azərbaycan konstruktiv mövqe nümayiş etdirir

Bakı, 11 may, Səadət Hakıyeva, AZƏRTAC

Hər zaman sülh və konstruktivlik tərəfdarı olan Azərbaycan faşizmlə mübarizədə tarix yazdığı halda mənfur qonşumuz Ermənistan neofaşizm kimi təhlükəli meyillərin təbliği ilə məşğul olur. Vaxtilə “Almaniya üçün həlak olan Ermənistan üçün həlak olur” devizi altında vuruşan faşist cəlladı Qaregin Njdeyə Ermənistan paytaxtının mərkəzində abidənin ucaldılması və onun bu vaxta qədər sökülməməsi, əslində, rəsmi İrəvanın işğalçılıq mahiyyətini bir daha nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə beynəlxalq tədbirlərdə həmin məsələyə toxunması, əslində, dünyanın diqqətini bu təhlükəyə yönəltmək məqsədi daşıyır. Rusiyanın Armavir şəhərində erməni kilsəsi tərəfindən zəbt edilmiş ərazidə Qaregin Njdeyə qoyulmuş memorial lövhənin götürülməsi ilə əlaqədar qərarın qəbul edilməsi də məhz Prezident İlham Əliyevin qətiyyətli mövqeyinin nəticəsidir.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, bu gün Ermənistanda “Njdeizm” irqçi ideologiyası orta və ali məktəb proqramına daxil edilərək tədris olunur. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın nüfuzlu hərbi nəşri olan "Natsionalnaya oborona" jurnalına verdiyi müsahibəsində vurğuladığı kimi, tarixi yenidən yazmaq, faşistləri qəhrəmanlaşdırmaq, tarixi həqiqəti təhrif etmək kimi təhlükəli meyillərə ciddi yanaşılmalıdır. Çünki faşizmin qəhrəmanlaşdırılması qətiyyən yolverilməzdir. Bu, həm də ona görə vacibdir ki, gələcək nəsillər təcavüzkarla təcavüzə məruz qalanı dəqiq müəyyən edə bilsin.

Qeyd olunub ki, Ermənistanın təhrif etmək istədiyi daha bir tarix Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın tarixidir. Dövlətimizin başçısı dəfələrlə beynəlxalq tribunalardan bəyan edib ki, həm tarixi ədalət, həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan BMT-yə də özünün tam ərazi bütövlüyü çərçivəsində daxil olub. Bununla belə, Ermənistan 30 ilə yaxındır Azərbaycan torpaqlarını işğal altında saxlamaqla təcavüzkar siyasətindən əl çəkmək istəmir. Bu gün işğalçı ölkənin destruktiv cəhdlərinə rəğmən BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi başda olmaqla, digər nüfuzlu beynəlxalq qurumların qəbul etdiyi sənədlərin hər birində qeyd olunduğu kimi, münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Yeri gəlmişkən, bu yaxınlarda separatçı Dağlıq Qarabağ rejimində keçirilən qondarma prezident seçkilərinin beynəlxalq qurumlar tərəfindən tanınmaması da göstərdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu, bir daha nümayiş etdirdi ki, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. İndiki vəziyyətdə əsas tələb - sülhyaratma prosesinin yerində saymaması üçün təcavüzkar ölkəyə ciddi təzyiqlərin artırılmasıdır. Əks halda, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün alternativ variantlara əl atması qaçılmaz olacaq.

Azərbaycanın ordu quruculuğunda böyük uğurlar qazandığını diqqətə çatdıran deputat qeyd edib ki, ölkəmizin kifayət qədər güclü ordusu var. Bu gün Azərbaycan Ordusu öz torpaqlarını azad etməyə tam hazırdır. Belə ki, son illərdə uğurla həyata keçirilən ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan hərbi qüdrətini daha da möhkəmləndirərək, dünyanın güclü ordularının reytinqində 52-ci yerdə qərarlaşıb.

K.Nurullayeva deyib: “Dövlətimizin başçısı Rusiyanın hərbi jurnalına verdiyi müsahibəsində də qeyd etdiyi kimi, Azərbaycan elektrik enerjisinin və təbii qazın idxalçısından ixracatçısına çevrilib. Eyni zamanda, bu gün hərbi balans regionda Azərbaycanın xeyrinə olduğu kimi, malik olduğu iqtisadi güc də ölkəmizi regionun lokomotivinə çevirib. Dünyada strateji və enerji sabitliyinin dəstəklənməsinə Azərbaycanın verdiyi töhfə xüsusi qeyd edilir. Prezident İlham Əliyev müsahibəsində vurğulayır ki, hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir. Buna görə də əsas məsələ enerji müstəqilliyinin təmin edilməsi idi ki, Azərbaycan buna uğurla nail oldu”.

Onun sözlərinə görə, son illərdə ölkəmizin elektrik enerjisi və təbii qaz üzrə idxalçıdan ixracatçıya çevrilməsi də təsadüfi deyil. Bu, ilk növbədə, Azərbaycanda enerji sisteminin etibarlılığının göstəricisi, eyni zamanda, ölkəmizdə elektrik enerjisi təsərrüfatında həyata keçirilən və davamlı xarakter alan köklü islahatların nəticəsidir. Davos İqtisadi Forumunun reytinqinə əsasən, elektrik enerjisinin əlçatanlıq əmsalına görə, Azərbaycan dünyada ikinci yeri tutur. Paralel olaraq, enerji resurslarını bir neçə istiqamətdə ixrac edən 7 neft və qaz kəməri inşa olunub. Regionun ən nəhəng enerji infrastrukturu olan Cənub Qaz Dəhlizinin tikintisi də uğurla başa çatmaq üzrədir.

“Ümumiyyətlə, Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu bu meqalayihə - Cənub Qaz Dəhlizi nəinki regionun, eləcə də qitənin enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə öz töhfəsini verəcək”, - deyə deputat fikrini tamamlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur

Meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlər nəzərdən keçirilib

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı  REPORTAJ  VİDEO

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı REPORTAJ VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur VİDEO