HƏRBİ ƏMƏKDAŞLIQ PLANINA UYĞUN TƏDBİRLƏR KEÇİRİLƏCƏKDİR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, hərbçilərimiz iyunun 26-dan 28-dək İstanbul şəhərində Türk Dəniz Liseyinin buraxılış mərasimində iştirak edəcəklər.
İyunun 30-dan iyulun 5-dək isə Bakıda Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planında nəzərdə tutulan “Çavuş hazırlığı” kursu keçiriləcəkdir.