Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Hərbi Prokurorluqda Xocalı soyqırımının otuz ikinci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

Bakı, 22 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Xocalı soyqırımının otuz ikinci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yerləşməklə onun nəzdində fəaliyyət göstərən Soyqırımı Memorial Muzeyində keçirilən tədbirdə Hərbi Prokurorluğun, Xocalı Rayon İcra Hakimiyyətinin əməkdaşları, millət vəkilləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin və Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin üzvləri, Xocalı sakinləri, habelə ictimaiyyət və mətbuat nümayəndələri iştirak etmişlər.

Əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, nəhəng tarixi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Konfransdan öncə Ulu Öndər Heydər Əliyevin, bütün şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfrans iştirakçıları Memorial Soyqırımı Muzeyini ziyarət edib, onlara muzey və orada saxlanılan, tarixi həqiqətləri, o cümlədən Xocalı soyqırımı haqqında reallığı özündə əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib, həmçinin Xocalı soyqırımı qurbanları barələrində məlumatların əks olunduğu slayd nümayiş etdirilib.

Bundan sonra, konfransı açıq elan edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev 2024-cü il 7 fevral tarixdə keçirilmiş Prezident seçkilərində dahi şəxsiyyət Heydər Əliyevin ən layiqli davamçısı İlham Əliyevin parlaq və mütləq qələbəsinin Azərbaycan xalqının ən böyük uğuru olduğunu xüsusi vurğulayaraq, son 20 ildə ölkəmizin əldə etdiyi misli görünməmiş nailiyyətlərdən, o cümlədən tarixi torpaqlarımızın işğaldan azad edilməsindən, həmin ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən bəhs etdi. Hərbi prokuror Xanlar Vəliyev bildirdi ki, əldə olunan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm rolu olmuşdur.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev konfrans iştirakçılarının diqqətini Xocalı soyqırımına yönəltməklə, o müdhiş gecədə baş verənlərdən, hadisələrin necə cərəyan etməsindən ətraflı danışaraq, bütün bunların Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda istintaq olunan cinayət işinin materiallarında toplanmış mötəbər dəlillərlə sübuta yetirildiyini bildirdi.

Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət verildiyini vurğulayan Hərbi Prokuror Xanlar Vəliyev, tarixi torpaqlarımızın işğal olunması, Azərbaycan xalqına qarşı törədilən deportasiyalar, soyqırımılar, terrorlar və insanlığa sığmayan vəhşiliklərlə törədilmiş digər cinayətlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verməklə, qeyd etdi ki, bu barədə tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılması, onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli, yəni həqiqətə və milli maraqlarımıza uyğun münasibət bildirilməsinə müvəffəq olunması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi mükəmməl siyasətin, o cümlədən uğurlu xarici siyasətin, eləcə də dövlət başçısının müstəsna xidmətlərinin, müdrik liderin səlis cümlələrlə və tarixi faktlara əsaslanan məntiqli fikirlərlə zəngin çıxışlarının və müsahibələrinin nəticəsidir.

Ötən əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı Soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının son dərəcə mühümlüyünü qeyd edən ədliyyə general-leytenantı Xanlar Vəliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə görülən nəhəng işlər, o cümlədən Heydər Əliyev Fondunun səmərəli fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdi.

Hərbi Prokuror Xanlar Vəliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın həyata keçirdiyi “Xocalıya Ədalət!” kampaniyasından, o cümlədən Xocalı Soyqırımı haqqında doğru və dolğun məlumatların bütün dünyaya yayılması ilə bağlı yorulmaz fəaliyyətindən söz açdı.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd etdi ki, Azərbaycan Respublikasının işğalda olmuş ərazilərində törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq cinayətlərinin, o cümlədən Xocalı soyqırımının və digər cinayətlərin istintaqı və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə istintaq-əməliyyat qrupu yaradılmış, 05 may 2005-ci il tarixdən isə təşəbbüsü əsasında həmin cinayət işinin istintaqı ibtidai araşdırmaya prosessual rəhbərlik Respublika Hərbi prokuroruna həvalə edilməklə, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tapşırılıb.

Cinayət işi üzrə ümumilikdə 81 000-dən artıq istintaq hərəkəti icra edilib, o cümlədən 29 000-dən artıq şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilib, 30 000-dən artıq şəxs şahid qismində dindirilib, 18 000-dən artıq şəxs mülki iddiaçı qismində tanınıb, 4000-ə yaxın müxtəlif növ ekspertizalar keçirilib, 34 000-ə yaxın prosessual qərarlar qəbul edilib və digər çoxsaylı zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Cinayət işinin istintaqı zamanı konkret olaraq Xocalı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 40 nəfər şəxsin barəsində onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı), 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (İşgəncə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslərin sırasında sabiq müdafiə naziri Ohanyan Seyran Muşeqoviç də vardır. Hazırda hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan sonra, millət vəkilləri Sevinc Fətəliyeva, Sevinc Hüseynova, Məşhur Məmmədov, Mahir Abbaszadə, Emin Hacıyev, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova və digər şəxslər də bəşəriyyətin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı barədə çıxışlar etdilər və ətraflı fikir mübadiləsi aparıldı.

Daha sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təşəbbüsü ilə hazırlanmış soyqırımı haqqında “Əsrin faciəsi” rəqəmsal videodiski nümayiş etdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Muxtar Hacıyev: 60 yaşı tamam olan müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllüdür

Ağdaşda fəaliyyət göstərən heyvan satışı bazarında nöqsanlar aşkarlanıb

Çin ABŞ-ın 12 şirkətinə və 10 fərdi şəxsinə sanksiya tətbiq edəcək

Əlyazmalar İnstitutunda orta əsr türk təbabəti və yazılı irsinə dair beynəlxalq konfrans təşkil edilib

İnstitut direktoru: Muzeylərin təşkil olunması üçün ən optimal yer Qarabağdır

Şimali Kiprdən olan şəhid ailəsinin üzvü: Acımız, taleyimiz, yaşadıqlarımız eynidir

Universitetdə “Könüllülük həftəsi” çərçivəsində intellektual oyun və film günü keçirilib

BMT Burundiyə 2,5 milyon dollar humanitar yardım ayırıb

DİM magistraturaya jurnalistika üzrə qəbul olmaq üçün qabiliyyət imtahanı verəcək bakalavrlara müraciət edib

Azərbaycan-Tacikistan əlaqələri prezidentlərin siyasi iradəsi ilə daha da dərinləşir ŞƏRH

Azərbaycanın cüdo millisi İspaniyada təlim-məşq toplanışında iştirak edib

Qazaxıstan 2028-ci ilə kimi liman infrastrukturunu inkişaf etdirəcək

“Aqroservis” ASC-nin sədri Qazaxda vətəndaşlarla görüşüb

Xaçmaz Reabilitasiya Mərkəzinə mediatur

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi Böyük Britaniyanın “Acquisition International” korporasiyasının keçirdiyi müsabiqənin qalibi olub

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

“SpaceX” yeni nəsil xəfiyyə peyklərinin ilk partiyasını buraxmağa hazırlaşır

DSX: Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb

KOBİA-nın əməkdaşları Goranboyda sahibkarların təkliflərini dinləyiblər

Qanunvericiliyin tələblərinə cavab verən heyvan kəsimi məntəqələri olmayan rayonların adları açıqlanıb

Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Şimali Kipr Türk Respublikasından olan şəhid ailələri Şuşada - YENİLƏNİB

TBMM-in nümayəndə heyəti Qərbi Azərbaycan İcmasında olub

Tanınmış mütəxəssis İngiltərə klubunun baş məşqçisi təyin olunub

İnam Kərimov: Görüşlərimizin əsas məqsədi ölkələrimizin məhkəmə-hüquq orqanları arasında münasibətləri daha da gücləndirməkdir

Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə bağlı layihənin icrasına başlanılıb

Birinci Qarabağ müharibəsinin üç şəhidi Şabranda dəfn olunur

Azərbaycanın Müstəqillik Günü Tallində təntənəli mərasimlə qeyd olunub

TDT-yə üzv ölkələrin Məhkəmə-Hüquq şuraları sədrlərinin növbəti toplantısı Azərbaycanda keçiriləcək

“Barselona” Xavi Ernandesi istefaya göndərir

“SABAH” qrupları Qarabağ Universitetində

Parisdə “Türk mətbəxi” həftəsi çərçivəsində Ege bölgəsinin təamları təqdim olunub

İstanbulda 13 İŞİD üzvü saxlanılıb

Şərurda gənclər üçün kibertəhlükəsizlik bağlı düşərgə təşkil olunub

Balıq yağının müntəzəm istifadəsi ürəyi sağlam olan insanlarda problem yarada bilər-Tədqiqat

Emoməli Rəhmon: Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır

Gənclər Kitabxanasında “Vətən fədailəri” kitabının təqdimatı olub

Azərbaycan-Tacikistan sənədləri imzalanıb YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Transxəzər nəqliyyat dəhlizi Avropa və Mərkəzi Asiya üçün getdikcə daha çox əhəmiyyət kəsb edir

Akademik İsa Həbibbəyli Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri ilə görüşüb

“Neftçi” dörd futzalçı ilə yollarını ayırıb

“Şuşa qalası” broşürlər seriyasının təqdimatı olub VİDEO

Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Nazir müavini İdris İsayev Gədəbəydə bir sıra məktəblərin fəaliyyəti ilə tanış olub

Beynəlxalq Ərəb dili Akademiyasının müdavimləri Əlyazmalar İnstitutunda olublar

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək

DİM mayın 26-da II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək

® “Unibank”dan həkimlərə sərfəli kredit: faizi azaltdı, məbləği artırdı, müddəti uzatdı!

Ağalı kənd sakinləri üçün oftalmoloji tibbi aksiyaya başlanılıb

Gürcüstanın baş prokuroru istefa verib

HP: Ötən il neft-qaz sektoru iqtisadi artıma azaldıcı təsir edib

Almaniyada deportasiyaların sayı əhəmiyyətli dərəcədə artıb

Ali Məhkəmənin sədri İstanbulda türkdilli ölkələrin Məhkəmə-Hüquq şuralarının sədrlərinin toplantısında iştirak edir

Azərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Azərbaycan atleti beynəlxalq turnirdə üçüncü yeri tutub

Hesablama Palatası: Ötən ilin büdcə xərcləri əvvəlki ilə nisbətən artıb

Bakıda saxlanılan iki narkokuryerdən 18 kiloqram marixuana aşkarlanıb VİDEO

Erməni apostol kilsəsinin əmlakı əlindən alına bilər

Göyçayda kollecdə yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Çin, Yaponiya və Cənubi Koreya liderləri Seulda görüşəcəklər

Nazir: Ötən beş ildə dövlət büdcəsinin xərcləri 50 faizədək artıb

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Dünyanın qayğısına qal” adlı layihə həyata keçirilib VİDEO

Dövlət büdcəsindən bəzi qurumlara ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi onların bank hesabında qalıb

Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Arxeoloji turizmdə qlobal trendlər və uğurlu inkişaf modelləri mövzusunda müzakirə aparılır

AMB: Bugünkü hərracda tələb 69,6 milyon dollar təşkil edib

Elm və təhsil naziri: İki-beş ilə alim yetişdirmək mümkün deyil

Samir Şərifov: İlk dörd ayda illik inflyasiya aşağı olmaqda davam edir

“Qərbi Azərbaycan həqiqətləri” mövzusunda elmi-praktik konfrans keçirilib

Nazir: Azərbaycanın xarici dövlət borcunun 10 milyard dollara qədər artırılması düşünülür

NBA: Donçiç-İrvinq cütlüyü “Dallas Maveriks”i seriyada önə keçirib

Ötən il Azərbaycan iqtisadiyyatında 1,1 faiz iqtisadi artım qeydə alınıb

Nərimanov rayonunda nöqsanlar aşkarlanan dönərxananın fəaliyyəti məhdudlaşdırılıb

“Azərreyl” klubu baş məşqçisi ilə müqavilənin müddətini uzadıb

FHN: Binəqədi rayonunda qanunsuz tikili sökülüb

Şəhid Cavid Ələkbərovun nəşi 30 ildən sonra Sumqayıtda torpağa tapşırılıb

Nazir: Biz çox ixtisaslaşmış mütəxəssis hazırlaya bilirik, amma tədqiqatçı hazırlaya bilmirik

Rektor: Hədəfimiz 2030-cu ilədək UNEC-in tədqiqat universitetinə çevrilməsidir

Azərbaycan millisinin Türkiyə yığması ilə oyunlar üçün heyəti açıqlanıb

Azərbaycanın 2 qadın güləşçisi Bakıdakı Avropa çempionatının yarımfinalında

Azərbaycan və Serbiya Müdafiə nazirliklərinin nümayəndə heyəti arasında işçi görüşü keçirilib

Mərkəzi Bank 7 sığorta agentinin lisenziyasını ləğv edib

XRİTDX əməkdaşları bir sıra beynəlxalq tədbirlərdə iştirak ediblər

Keçən il müdafiə və milli təhlükəsizlik sahəsinə 7 milyard 246,9 milyon manat vəsait yönəldilib

Şəkidə “Yaradıcı müzakirələr” adlı layihə həyata keçirilib

Azad olunmuş ərazilərin bərpasına ötən il 5,5 milyard manatdan çox vəsait ayrılıb

Üç nəfərin 144 min manat pulunu dələduzluq yolu ilə alanlar saxlanılıb

Dönər hazırlayarkən nəyə riayət edilməlidir?

Meksikada mitinq zamanı səhnə dağılıb, azı doqquz nəfər ölüb

Nazir: Ötən il ali təhsil müəssisələrinə 8 milyon manat pul ayrılıb

Qəbələdə pivə və sərinləşdirici içkilərin istehsalı zavodu qurulacaq

DİN: Ötən gün itkin düşmüş şəxs kimi axtarışda olan 6 nəfər tapılıb

“İnklüziv sosial müdafiə” kitabı çap olunub

Bu il yanvarın 1-nə vahid xəzinə hesabının sərbəst qalığı 970,7 milyon manat təşkil edib

Ötən il inflyasiya təzyiqlərinin yumşalmasına təsir edən amillər açıqlanıb

DİN: 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

UNEC alimlərinə aid 1181 əsər “Web of Science” bazasında indekslənib

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 milyard 221 milyon manatdan çox olub

Kasablankadan Bakıya 106 günə gələn velosipedçi: Azərbaycanın möhtəşəm təbiəti var

FHN: Ötən sutka ərzində 36 halda yanğına çıxış olub