Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hesablama Palatası Gəncə Şəhər Birləşmiş Xəstəxanasında nöqsanlar aşkarlayıb

Hesablama Palatası Gəncə Şəhər Birləşmiş Xəstəxanasında nöqsanlar aşkarlayıb

Bakı, 28 fevral, AZƏRTAC

Hesablama Palatasının 2023-cü ilin İş planına əsasən Gəncə Şəhər Birləşmiş Xəstəxanasında həyata keçirdiyi audit nəticəsində nöqsanlar aşkarlanıb.

Palatadan AZƏRTAC-a bildirilib ki, 2021-2022-ci illər və 2023-cü ilin 9 ayı ərzində müxtəlif mənbələr hesabına xəstəxananın gəlirləri müvafiq olaraq 39162,1 min manat, 47120,2 min manat və 37224,7 min manat, xərcləri isə bu gəlirlərin müvafiq olaraq 96,9 faiz, 102,2 faiz və 90,5 faizini təşkil edib, xəstəxanaya 16621,6 min manat dəyərində tibbi sərfiyyat əvəzsiz verilib. Xəstəxana 2023-cü ildə 10 xəstəxana, 1 mərkəz, 11 poliklinika, 1 ailə sağlamlıq mərkəzi, eləcə də təcili tibbi yardım stansiyası və avtomaşınlar qarajını əhatə edib, islahatlar nəticəsində A.Səhhət adına və Z.Məmmədov adına xəstəxanaların şöbələri ayrıca xəstəxana kimi smetada təsdiq olunsa da, tibbi xidmətin göstərilməsinə dair hesabatlılıq hər biri üzrə aparılmayıb ki, bu da həmin tibb müəssisələri üzrə müstəqil şəkildə təhlillərin həyata keçirilməsinə imkan verməyib.

Gəncə şəhər Səhiyyə İdarəsinin tabeliyindəki bir neçə müəssisənin xəstəxananın əhatəsinə daxil edilməməsi ştat və çarpayı sayının azalmasına səbəb olub. Belə ki, icbari tibbi sığorta sisteminə keçidlə bağlı çarpayı sayı 2020-ci ildəki 1160-dan 981 vahidə enib və auditin əhatə illərdə sabit qalıb, ştat sayında isə 2021-ci ildə əvvəlki ilin 3933 vahid göstərici ilə müqayisədə müşahidə edilən azalma (243 vahid), 2022-2023-cü illərdə artımla əvəzlənib, ştat sayı isə müvafiq olaraq 3715 və 3723 vahid təşkil edib. Başqa sözlə, icbari tibbi sığortanın tətbiqi ilə çarpayı sayının sabit qalması fonunda, ştat sayında az da olsa, artım baş verib, bu artım kadr potensialının idarə olunmasının funksional fəaliyyətə uyğunlaşdırmadan qeyri-tibb heyəti hesabına formalaşdırılıb.

Qeyri-tibb heyətinin payı ümumilikdə ştat cədvəli üzrə yuxarı olub, 2019-cu ildə 11,3 faiz və 2020-ci ildə 11,0 faiz səviyyəsindən 2023-cü ildə 35,2 faizə çatıb. Ümumiyyətlə, inzibati və maliyyə idarəetməsi ilə bağlı ştat sayı 2021-2023-cü illərdə artaraq 637 vahiddən 665 vahidə çatıb, cəmi ştat sayında xüsusi çəkisi 17,1 faizdən 17,9 faizə yüksəlib.

Xəstəxananın tabeliyində olan tibb müəssisələrində sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən tibb işçiləri praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olub, 47 həkimin sertifikatının bitmə müddəti bir ay – iki il arası olub.

Dövlət əmlakının istifadəyə verilməsi hüquqi aktlarda müəyyən edilmiş prosedurlar pozulmaqla həyata keçirilib, bağlanılmış icarə və əməkdaşlıq müqavilələrinin tələblərinə əməl olunmayıb, səhiyyə sistemində aparılan islahatlar çərçivəsində əmlak üzərində mülkiyyət hüququnun dəqiqləşdirilməsi həyata keçirilməyib. Qeyd olunanlar icbari tibbi sığorta fondunun vəsaitlərinə əlavə tələbat yaradıb, gəlir əldə etmək imkanlarını və dövlət əmlakının funksional fəaliyyətin icrasında istifadə imkanlarını məhdudlaşdırıb.

Qüvvədə olan hüquqi aktların tələblərinə əsasən tibb müəssisələrini pulsuz dərman resepti blankları ilə Səhiyyə Nazirliyi təmin etsə də, xəstəxana tərəfindən müqavilələr bağlanılmaqla blanklar alınıb, bir sıra hüquqi aktların uzun illər əvvəl təsdiq edilməsi fonunda müasir tələblərin və qabaqcıl təcrübənin öyrənilərək təkmilləşdirilməməsi nəticəsində şəkərli diabetlə bağlı normaların ağırlıq dərəcəsindən asılı olmayaraq eyni dozada müəyyən olunması əhalinin sağlamlığının qorunması istiqamətində riskləri formalaşdırıb, eləcə də ərzaq təchizatı üzrə normalara əməl edilməməsi vəsait üzrə artıq icraya səbəb olub.

Audit zamanı xəstəxananın tabeliyində olan Z.Məmmədov adına xəstəxananın Vərəm şöbəsində 2023-cü il dekabrın 4-də 33 nəfər xəstənin stasionar şəraitdə müalicə aldığı göstərilsə də, faktiki olaraq 14 nəfər, dekabrın 15-də 30 nəfər xəstə stasionar şəraitdə müalicə aldığı göstərilsə də, faktiki olaraq 17 nəfər olub, stasionar müalicədə olan vərəmli xəstələrin xəstəxananı tərk etmələri ilə bağlı şöbənin müdirinin müvafiq razılığı olmayıb.

Ümumilikdə auditin əhatə etdiyi illərdə Xidmətlər Zərfinə daxil olmayan digər xidmətlərin göstərilməsi, eləcə də müvafiq arayışların verilməsi ilə bağlı fiziki şəxslərdən əldə edilən gəlirlər artım dinamikasına malik olub, 2021-ci ildə bu istiqamətdə 175,1 min manat, 2022-ci ildə isə həmin illə müqayisədə 2,0 dəfə, 2023-cü ilin 9 ayı ərzində 2021-ci ilin göstəricindən 2,8 dəfə, 2022-ci ilin göstəricindən 1,4 dəfə çox vəsait daxil olub. Xəstəxananın müxtəlif mənbələrdən formalaşan daxilolmalarının artımı fonunda bu gəlirlər daha sürətli tempə malik olub, nəticədə pay göstəricisi yüksəlib.

Tibbi xidmətlərin göstərilməsinə dair İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə xəstəxana arasında bağlanmış müqavilənin şərtlərinə əməl olunmayıb, xidmətlərin dəyəri gecikmələrlə ödənilib. Belə ki, auditin əhatə etdiyi illərdə məlumatlar 2-3 ay gecikmə ilə təqdim olunaraq agentlik tərəfindən 2-3 ay da əlavə olmaqla ekspertizadan keçirilib, hər ilin son 2 ayı üzrə göstərilmiş xidmətlər barədə məlumatın təqdim edilməsi, ekspertizadan keçirilməsi və ödənilməsi növbəti ildə həyata keçirilib.

Auditin əhatə etdiyi hər bir dövr üzrə imtina hallarının cəmi sayda xüsusi çəkisi azalma tempinə malik olub, ekspertizadan keçmiş xidmətlər isə 2022-ci ildə əvvəlki ilə nisbətdə say ifadəsində 2,1 dəfə, məbləğ ifadəsində isə 1,7 dəfə çoxalıb. Auditin əhatə etdiyi dövr üzrə 1 vahid xidmətə düşən dəyər azalma meylli olub ki, bu da bir daha göstərilən gəlirlərin daha çox kəmiyyət baxımından say vasitəsilə artırıldığını qeyd etmək imkanı verir.

Maliyyə axınlarının sığorta sisteminin prinsiplərinə və hüquqi aktların tələblərinə uyğun şəkildə idarə olunmaması sığorta sisteminin dayanıqlılığına təsir edən əsas riskləri formalaşdırıb. Belə ki, təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə hüquqi aktların tələblərinə zidd olaraq vəsaitin tamamilə və ilkin tibbi-sanitariya yardımı üzrə isə nəzərdə tutulmuş qaydada ödənilməməsi xəstəxananın maliyyə imkanlarının məhdudlaşmasına səbəb olub.

Gəncə əhalisinin sayı nəzərə alınmaqla aparılmış hesablamalar ilkin tibbi-sanitariya yardımı üzrə vəsaitin məbləğinin 4500-5000 manat təşkil edə biləcəyini, həmçinin Xidmətlər Zərfi çərçivəsində göstərilmiş və ekspertizadan keçmiş xidmətlərin dəyərinin xəstəxanaya tam ödənilmədiyini diqqətə alsaq, xəstəxananın maliyyə dayanıqlılığının təmin edilməsində məhdudiyyətlərin olduğunu vurğulamaq olar.

İcbari tibbi sığorta fondunun vəsaitlərinin istifadəsi ilə bağlı nəzarət mexanizmlərinin agentlik tərəfindən zəif tətbiq edilməsi xidmətlər zərfinə daxil olmayan xidmətlər üzrə 948,7 min ödəniş aparılması ilə nəticələnib. Əməyin ödənişində VTC ilə bağlı payın azalması ilə müşahidə edilən müsbət meyillər fonunda tibbi xidmətlərin göstərilməsi ilə bağlı ödəmələrin həyata keçirilməsində məhdudiyyətlər və işin nəticələrinə görə ödənilən həvəsləndirici əlavələrin görülən işin dəyərindən kəskin az olması “xidmət-gəlir” uzlaşmasının tam təmin edilmədiyini, eləcə də keyfiyyətli tibbi xidmətlərin göstərilməsi ilə bağlı əməyin stimullaşdırılması alətlərinin düzgün tətbiq olunmadığını vurğulamaq imkanı verir.

Auditin əhatə etdiyi dövrdə xəstəxanaya digər tibb müəssisələrindən göndərişlər əsasında xəstə müraciətləri olub. Həmin müraciətlər əsasında 10489 xəstəyə 25458 növdə göstərilmiş xidmətin 1476062,4 manat dəyəri xəstəxanaya ödənilib, baxılan dövrdə müraciətlərin sayı artıb, 2023-cü ilin auditlə tam əhatə olunmadığını nəzərə alsaq bu meylin davam edəcəyini diqqətə çatdırmaq olar.

Audit sübutları ümumilikdə müraciətlərin sayının daha çox olduğunu göstərir. Belə ki, seçmə qaydasında 2023-cü ilin iyun ayı üzrə ümumilikdə 16925 müraciətin yalnız 9-u ilə bağlı vəsait ödənildiyini göstərir. Göndəriş kimi sistemə daxil edilmiş bu müraciətlərin ümumi dəyəri 56997 manat təşkil edib, ödənilməsindən imtina olunmuş 16916 halın 15293-də həkim göstərişi olmadan icra edilmiş laboratoriya müayinəsi, 982-də xidmətlər zərfinin tələblərinə uyğun olmayan xidmət olması və 470-də təsdiq edilmiş nəticənin olmaması səbəb olaraq göstərilib.

Eləcə də xəstəxanaya tibbi xidmət üçün müraciət etmiş vətəndaşlar bəzi hallarda müayinə və müalicənin mümkün olmaması səbəbindən digər tibb müəssisələrinə göndərilib. Ümumilikdə baxılan dövrdə 7813 halda dövlət, 18285 halda qeyri-dövlət tibbi müəssisələrinə göndəriş verilib, 2021-ci illə müqayisədə hər iki halda artım meyli müşahidə olunub. Digər tibb müəssisələrinə göndərişlərin 50,0 faizdən çoxu 3 istiqamət üzrə formalaşıb. 5189 halda həkim radioloq, 4437 halda həkim invaziv-radioloq və 3984 halda həkim oftalmoloq xidmətləri üçün dövlət və qeyri-dövlət tibb müəssisələrinə göndəriş verilib. Xəstəxanaya daxil olmuş göndərişlərin təhlili də göstərir ki, ümumilikdə dəyəri ödənilmiş 25458 xidmətin 8192-si və ya 32,2 faizi radiologiya ilə bağlı olub. Tabeliyində Oftalmologiya xəstəxanasının fəaliyyət göstərdiyini, eləcə də xəstəxananın radiologiya ilə bağlı xidmətlər təqdim etdiyini diqqətə alsaq bu iki istiqamətin kadr potensialının və maddi-texniki təminatının gücləndirilməsinin əlavə gəlir əldə etmək imkanlarının genişləndirilməsinə və əhaliyə daha çeşidli xidmətlər göstərilməsinə şərait yaradacağını qeyd etmək olar.

Çarpayı sayının 2021-2022-ci illərdə sabit qalmaqla 2019-cu illə müqayisədə 15,1 faiz azaldılması fonunda qəbul edilən xəstələrin sayı 2021-ci ildə 9,4 faiz, 2022-ci ildə 4,6 faiz azalıb, bu azalma fonunda isə çarpayı günlərinin sayı və 1 çarpayının orta işləmə müddəti 2021-ci ildə müvafiq olaraq 47,5 faiz və 54,3 faiz, 2022-ci ildə isə 38,5 faiz və 46,2 faiz azalıb. Qeyd edək ki, 2021-ci illə müqayisədə 2022-ci ildə xəstə sayında 5,3 faiz artım müşahidə edilsə də, digər iki göstərici üzrə 12,9 faiz və 12,5 faiz azalma olub. Bu meylin bir tərəfdən xidmətlərin dəyərinin ödənilməsi istiqamətində atılan addımların müsbət təsiri altında formalaşdığını vurğulamaq imkanı versə də, aparılmış nəzarət tədbirlərinin nəticələri ilə sübut olunduğu kimi, səhiyyə xidmətlərinin statistikasının təşkili ilə bağlı bir sıra mənfi amillərin təsiri də az olmayıb.

Dərman preparatları ilə bağlı fəaliyyətin hüquqi aktların tələblərinə uyğun təşkil edilməməsi dövriyyəsi məhdudlaşdırılıb və nəzarət edilən psixotrop maddələrin qeydiyyatının düzgün aparılmaması və zəruri ixtisasa malik həkimlər tərəfindən təyin edilməməsi ilə nəticələnib ki, bu da son nəticədə əhalinin sağlamlığının qorunması və ictimai təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli riskləri formalaşdırıb. Toplanmış audit sübutları ilə xəstəxananın tabeliyində olan Ailə Sağlamlıq Mərkəzinin Ailə həkimi terapevtləri tərəfindən bəzi hallarda vətəndaşlara öz ixtisaslarına uyğun olmayan dərmanlar təyin edildiyi aşkarlanıb. Narkotik vasitələrin ehtiyatının tibb müəssisələrinin şöbələrində tələbat normalarına əməl edilməyib, xəstəxananın Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin aptek otağında saxlanılan narkotik vasitələrin miqdarı göstərilən tələbata uyğun olmayıb, çağırışçı həkimlər tərəfindən tələbnamə əsasında götürülən narkotik vasitələrin, istifadə olunmadığı halda, növbənin dəyişməsi zamanı təhvil-təslim edilmədiyi, narkotik vasitələrin üzərində nəzarətin qanunvericiliyin tələblərinə uyğun təşkil edilmədiyi müəyyənləşdirilib.

Eyni zamanda, laboratoriya müayinə sənədləri olmadan analıq və terapevtik xəstəlik məzuniyyəti üçün xəstəlik vərəqələri verilib, bəzi hallarda verilmiş xəstəlik vərəqinin müddəti ilə elektron sistem üzrə məlumatlar uyğun olmayıb, hamiləliyə görə analıq məzuniyyəti vərəqi Əmək Məcəlləsinin tələbləri pozularaq gecikmə ilə verilməsi halları müəyyənləşdirilibr. Eləcə də 1 halda 10 ay ərzində psixotrop hesab edilən 2 dərman 10 dəfə təyin edilib.

Toplanmış audit sübutları xəstəxananın tabeliyində fəaliyyət göstərən Stomatoloji poliklinika bölməsi üzrə icbari tibbi sığortanın baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri siyahısına daxil olan dişlərin müalicəsi üzrə artıq vəsaitin alınması, həmçinin bəzi hallarda ümumiyyətlə vəsait alınmasının rəsmiləşdirilmədiyini göstərir. 2021-ci il ərzində 6880 müraciət üzrə bu xidmət göstərilsə də, il ərzində vəsait daxil olmayıb, yalnız ilin sonunda 1,2 min manat məbləğ birdəfəlik qaydada kassaya ödənilib. Eləcə də xəstəxana tərəfindən tibbi arayışların verilməsi ilə bağlı ödənişlərin alınması və rəsmiləşdirilməsində də nöqsanlara yol verilib, xəstəxana tərəfindən yerinə yetirildiyi halda, bəzi hallarda ödənişli əsaslarla göstərilən tibbi xidmətlərə görə vəsait daxil olmayıb.

Auditlə əhatə olunmuş illərdə 51 satınalma keçirilib, ümumilikdə baş tutmuş satınalmalar çərçivəsində 7708,0 min manat dəyərində müqavilə bağlanılıb və 3581,8 min manat vəsait icra edilib. Keçirilmiş satınalmaların yalnız 7,8 faizi bir mənbədən satınalma metoduna aid olub, əsasən müsabiqəli metodlara üstünlük verilib. Xəstəxananın satınalma planları müəyyən edilmiş müddətdə hazırlanaraq müvafiq qaydada internet səhifəsində yerləşdirilsə də, planlar hüquqi aktların tələblərinə uyğun tərtib edilməyib, eləcə də, icra prosesində həmin planlara riayət olunmayıb.

Auditin əhatə etdiyi illərdə bağlanılmış satınalma müqaviləsi barədə məlumatların müvafiq qaydada yerləşdirilməsi ilə bağlı müəyyən edilmiş müddətə əməl olunmayıb, xəstəxana tərəfindən 2021-ci ildə keçirilən satınalmaların hamısı, 2022-ci ildə 65,5 faizi dördüncü rübə aid olub. Tender komissiyası üzvlərinin tərkibi və say ilə bağlı tələblərə əməl olunsa da, komissiyanın fəaliyyətində nöqsanlara yol verilib, bu nöqsanlar əsasən iddiaçıların ixtisas göstəriciləri ilə bağlı tələbləri əhatə etməklə, bəzi hallarda müsabiqəli şərtlərə məhdudlaşdırıcı təsirə malik olub, bəzi hallarda isə ixtisas göstəriciləri uyğun olmayan iddiaçıların qeydə alınması satınalmaların baş tutması ilə nəticələnib. Bəzi hallarda rəqabətlilik prinsipi məhdudlaşdırılmış, müəyyən edilmiş tələblər iddiaçılara proseduralarda iştirakla bağlı ədalətli yanaşmanın tətbiqində risklərə yol açıb.

Bağlanılmış müqavilələr hüquq aktların tələblərinə uyğun tərtib edilsə də, bəzi xidmətlərin alınması çərçivəsində faktiki tələbatdan daha çox xidmət göstərilməsinin rəsmiləşdirilməsi səbəbindən artıq vəsait icra edildiyi, bəzi hallarda cərimələrin hesablanılmadığı və alınmadığı müəyyən olunub.

Xəstəxana tərəfindən mühasibat uçotu “Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın hesablar planına uyğun aparılsa da, maliyyə hesabatları “İctimai sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın hesabat formalarına uyğun hazırlanıb, bununla yanaşı hesabatların hazırlanması zamanı bəzi informasiyalar hesabata daxil edilməyib, bəzi hallarda isə düzgün daxil edilməyib.

Bəzi hallarda mövcud aktivlərin dəyərinin mühasibat uçotunda tanınmaması, bir sıra hallarda isə amortizasiya məbləğlərinin düzgün hesablanılmaması son nəticədə maliyyə vəziyyəti və maliyyə fəaliyyətinin nəticələrinə dair hesabat göstəricilərinin təhrifi ilə nəticələnərək aktivlərin dəyərinin müəyyənləşdirilməsi imkanlarını məhdudlaşdırıb.

Gəlirlərin tanınması və hesabat dövrünün sonunda müvəqqəti hesabların bağlanması ilə bağlı əməliyyatların mühasibat uçotunda qeydə alınması prosesində uyğunsuzluqlara yol verildiyi müəyyənləşdirilib, gəlirlərin az məbləğdə tanınması 2021-ci ilin başa çatan hesabat dövrü üzrə 184,2 min manat ümumi zərər yarandığı halda, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda ümumi zərər 19384,9 min manat çox, 2022-ci ildə isə 1809,4 min manat ümumi mənfəət yarandığı halda, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda zərər göstərilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır