İQTİSADİYYAT
Hesablama Palatası Qarabağın bərpası üçün ayrılan vəsaitlərinin istifadəsinin auditini aparır
Bakı, 21 iyul, AZƏRTAC
Hesablama Palatası tərəfindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsaitlərinin istifadəsinin auditi aparılır.
Palatadan AZƏRTAC-a bildirilib ki, cari ilin İş Planında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsaitlərin istifadəsi üzrə 4 audit nəzərdə tutulub, hesabat dövründə onlardan 3-nün keçirilməsi ilə bağlı kollegiya tərəfindən qərar qəbul edilib, ilk 6 ayda ikisi başa çatdırılıb. Digər tədbirin III rübün sonunda başlanılması nəzərdə tutulur.