RƏSMİ XRONİKA
Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkindən
Hörmətli İlham Heydər oğlu!
Sizə çox dərin ehtiramımın səmimiliyinə inanın və icazə verin əlli illik yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edim!
Biz Sizi möhkəm əqidəli, öz ölkəsinə ürəkdən sadiq olan və onun firavanlığına nail olmağa çalışan bir insan kimi tanıyırıq. Siz, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyalarına və prinsiplərinə sadiq qalaraq atanızın müstəqil müasir dövlət yaratmaq işini uğurla davam etdirirsiniz.
Biz Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. Azərbaycan Respublikasının Həştərxan Vilayəti ilə qarşılıqlı dostluq münasibətlərinin və işgüzar tərəfdaşlığın inkişafına Sizin daimi diqqət və dəstəyinizə görə xüsusi minnətdarlığımı bildirmək istərdim. Bunun sayəsində bizim regionda sosial yönümlü çox mühüm birgə layihələr həyata keçirilir. Ürəkdən inanıram ki, bizim aramızda yaranmış konstruktiv dialoq bundan sonra da Azərbaycan ilə Həştərxan Vilayəti arasında ikitərəfli əməkdaşlığın dərinləşməsinə tam həcmdə kömək edəcəkdir.
Sizin Azərbaycanın hər bir sakininin rifahına yönəlmiş enerjiniz və səmərəli işiniz bütün Azərbaycan xalqının səmimi etimadını qazanmışdır. Sizin peşəkarlığınız, prinsipiallığınız, təcrübəniz, insanlarla işləmək bacarığınız, xalqınızın mədəniyyətinə və tarixinə sevginiz Sizin öz dövlətinizin layiqli lideri olmasına dəlalət edir. 50 yaş çox böyük yaradıcı potensialın çiçəklənməsinin yalnız başlanğıcıdır. Bu yaşda bilik və təcrübə ehtiyatınız böyük, nəzərdə tutulanların hamısını həyata keçirmək üçün qüvvəniz və vaxtınız kifayət qədərdir.
Bu əziz gündə, hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, uzun illər boyu tükənməz enerji, nəzərdə tutduğunuz bütün planların reallaşmasını və məsuliyyətli fəaliyyətinizdə uğurlar diləyirəm.
Əminəm ki, Siz Azərbaycan Respublikasının şanlı salnaməsinə hələ çox parlaq səhifələr yazacaq, güclü və çiçəklənən bir ölkənin təşəkkülünə çox böyük töhfə verəcəksiniz.
Hörmətlə,
Aleksandr Jilkin
Həştərxan Vilayətinin qubernatoru