Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik

Bakı, 20 noyabr, AZƏRTAC 

Noyabrın 20-də Bakı Kitab Mərkəzində “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik - Ülvi Bünyadzadə: Şəxsiyyəti və ədəbi irsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri mərkəzin direktoru Günel Rzayeva açaraq konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, dövlətimiz tərəfindən şəhidlərimizin ruhu hər zaman hörmətlə anılıb və yeni fəaliyyətə başlayan mərkəzdə də bu səpkidə ilk dəfədir belə bir tədbir keçirilir. “Ülvi Bünyadzadə qısa ömür sürməsinə baxmayaraq, o qədər iş görüb ki, bir neçə onilliklərə sığar. Yaşasaydı, çoxlu əsərləri ilə həm elmimizə, həm ədəbiyyatımıza töhfələr verə bilərdi. Ömür vəfasızdır, tale amansız. Ülvinin də taleyinə belə bir naxış vurulub ki, o, Vətən uğrunda şəhid olmalı idi. O gənclərə örnək ola biləcək bir ömür yaşadı”, - deyə mərkəzin direktoru qeyd edib.

Tədbirin aparıcısı, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova şəhidin keçdiyi mənalı ömür yoluna, yaradıcılığına nəzər salıb, konfransın əhəmiyyətini qeyd edərək deyib: “Bu il ölkəmizdə müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd edilir. Yüz illik bu dövlətin tarixində çox şəxsiyyətlərin xüsusi rolu, mübarizəsi, izi olub. Bu müqəddəs yolda kimisi Qazi, kimisə də Şəhid oldu. Amma milli mübarizlər məqsədlərinə nail olmuşlar - kimin döyünən ürəyi sevinmiş, kimininsə ruhu. Azərbaycan müstəqilliyi, mücadiləsi yolunda həm mənəvi dünyası, həm də cismani ömrü ilə adını əbədiyyətə yazmış bir ad da var - milyonların qəlbində yer almış şəhid-şair Ülvi Yusif oğlu Bünyadzadə”.

İlk yaradıcılıq fəaliyyətinin poeziya aləmi ilə bağlı olduğunu qeyd edən A.Binnətova bildirib ki, Ülvi Bünyadzadə uşaq yaşlarından bu sənətə öz duyğusu, hissi, duyumu ilə meyil edib və getdikcə həyati müşahidələri, düşüncələri ilə buna daha da bağlanıb: “Ülvinin bütün şeirləri, yazıları onun xarakteri ilə bir vəhdətdə birləşir, bu, Vətənə, torpağa məhəbbət hissi ilə əlaqədardır. Ülvi ədəbi yaradıcılığı üzərində ciddi çalışıb. Həmin illərin bəhrəsi olaraq bu gün əlimizdə onun zəngin, rəngarəng və orijinal ədəbi irsi vardır. Ülvinin əsərlərində ana xətt - vətən müqəddəsliyi, azadlıq duyğusu və qeyrətli vətəndaş oğul obrazının tərənnümü əsas yer tutur”.

Qeyd edib ki, “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik!” - azadlıq eşqi ilə şeirlər qoşan, Vətən təəssübü ilə şəhid olan Ülvi Bünyadzadə cəmi 20 illik həyatı ilə Azərbaycan tarixində, Azərbaycan ədəbi-mədəni həyatında silinməz izlər qoyub.

Tədbirdə AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Ü.Bünyadzadənin azadlıq uğrunda mübarizəsindən, onun gənclərə örnək ola biləcək nümunəvi davranışından, yaradıcı fəaliyyətindən bəhs edib.

Ü.Bünyadzadə haqqında xatirələrini bölüşən bacısı, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə qeyd edib ki, qardaşı içindəki həqiqətləri və gənclik missiyasını üzə çıxararaq öz şəxsiyyətinin qurucusu olub.

Çıxışlarda qeyd edilib ki, o, bütün zamanların ən gənc və istedadlı şairi kimi yaddaşlarda qalacaq. O, bəlkə də xoşbəxtlərdəndir ki, ölümü ilə ölməzliyə yol açdı, adını bir millətin tarix salnaməsinə yazdıra bildi. Onun adı bu gün ən vətənsevər, mübariz insanların adı ilə birgə, yanaşı çəkilir. Uyuduğu Şəhidlər xiyabanı isə təkcə mənsub olduğu xalqın yox, həm də Azərbaycana üz tutan ən ali qonaqların ziyarət yerinə çevrilib.

Ömrünün 20-ci qışında, 20 Yanvarda bu dünyaya əlvida dedi Ülvi Bünyadzadə. Amma bir xalqın azadlıq dolu sevgisinə qənim kəsilərək Bakıya girən rus əsgərləri neçə-neçə günahsız insanlardan biri kimi ona da rəhm etmədilər, lakin bir yolluq susdura bilmədilər.

Diqqətə çatdırılıb ki, Ülvinin ədəbi irsinə 200-dən çox şeiri, “Ömür yolu” poeması və “Qansızlar” povesti (hər iki əsəri Əfqanıstanda döyüşən həmvətənlərimizə həsr olunub), 40-a yaxın hekayəsi, 5 pyesi, 20-yə yaxın dünya ədəbiyyatından orijinal tərcümələri (ingilis və rus dillərindən), 7 ədəbi və ictimai məzmunda məqaləsi, bibisinə, dostlarına yazdığı məktublar və s. yazıları daxildir. Ölümündən 4 ay əvvəl yazdığı “And”ı isə yaşadığı ömrünün məzmunu, qayəsidir.

Sonra tədbir Ülvi Bünyadzadə həyat və yaradıcılığından bəhs edən məruzələrin dinlənilməsi ilə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellkt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb