HEYDƏR ƏLİYEV ADINA CEYHAN TERMİNALINDAN 500-CÜ TANKER YOLA SALINMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin BOTAŞ şirkəti iyunun 15-də Heydər Əliyev adına Ceyhan terminalında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql olunan xam neftin 500-cü tankerə yüklənməsi ilə bağlı bəyanat yaymışdır. 630 min barrel xam neft Malta bayrağı ilə üzən “St. Helen” tankerinə yüklənmişdir.
BOTAŞ İnternational Limited şirkətinin baş direktoru Salih Paşaoğlunun mətbuat üçün açıqlamasında bildirilir ki, adı çəkilən tankerlə eyni zamanda terminalda Böyük Britaniya bayrağı ilə üzən “İce transporter” tankeri də yüklənmişdir.
Şirkətdə bu əlamətdar hadisə ilə bağlı toplantı keçirilmiş, işçilərə mükafatlar təqdim olunmuşdur. Beləliklə, bu günə qədər BTC boru kəməri ilə nəql olunan 394 milyon barrel xam neft dünya bazarlarına yola salınmışdır.
Salih Paşaoğlu onu da əlavə etmişdir ki, indiyə qədər BTC kəmərində 4,5 milyon adam-saat davamlı iş günü qeydə alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]