Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV FONDUNUN 2005-Cİ İLDƏKİ FƏALİYYƏTİNİN YEKUNLARINA HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLMİŞDİR

Yanvarın 27-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın iştirakı ilə Fondun 2005-ci ildəki fəaliyyətinin yekunlarına həsr edilmiş tədbir keçirilmişdir.

Əvvəlcə iştirakçılar - Nazirlər Kabinetinin məsul işçiləri, Milli Məclisin deputatları, nazirlər, ziyalılar, ayrı-ayrı təşkilatların nümayəndələri və xarici ölkələrin Azərbaycandakı səfirləri Fondun birillik fəaliyyətini əks etdirən materiallara baxdılar və Azərbaycan Regional Muzeyinin maketi ilə tanış oldular.

Sonra Heydər Əliyev Fondunun fəaliyyətinə dair sənədli film nümayiş etdirildi. Filmdə Fondun təhsil, mədəniyyət, elm və texnologiya, səhiyyə, sosial-iqtisadi inkişaf və digər istiqamətlərində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilir. Film 2005-ci ildə Heydər Əliyev Fondunun BMT-nin İnkişaf Proqramı, YUNESKO və Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə birgə “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi”, “Təhsilə dəstək”, “Diabetli uşaqlara ən yüksək qayğı” layihələrinin, “Talassemiyasız həyat naminə” proqramının uğurla həyata keçirməsi barədə dolğun təsəvvür yaradır. Eyni zamanda, “Qarabağ xanəndələri” musiqi albomunun hazırlanması, Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulması, respublikada analoqu olmayan “Azərbaycan” portalının yaradılması, Qarabağın tarixindən, Ermənistan-Azərbaycan münaqişəsinin başlanması və ağır nəticələrindən, Xocalı soyqırımından, erməni terrorizmindən bəhs edən “Qarabağ həqiqətləri” toplusunun nəşri və s. barədə də məlumat verilir. Sənədli film bu fikirlə tamamlanır: “Bütün görülən və görüləcək işlər ömrünü Vətənə həsr etmiş Heydər Əliyevin dövlət quruculuğunda həyata keçirdiyi bənzərsiz strategiyanın məntiqi davamı və gerçəkləşən arzularıdır”.

Tədbiri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı MEHRİBAN ƏLİYEVA açaraq dedi:

- Hörmətli xanımlar və cənablar!

Əziz qonaqlar!

Biz bu gün Heydər Əliyev Fondunun 2005-ci ildə hazırlayıb həyata keçirdiyi bütün layihələr barədə bir növ hesabat vermək və keçən ilə yekun vurmaq üçün toplaşmışıq. Cəmiyyətdə Fondun fəaliyyətinə olan çox böyük maraq və diqqəti nəzərə alaraq, biz bu gün bütün layihələrimiz, proqramlarımız barədə qısa da olsa məlumat vermək istərdik.

Bildiyiniz kimi, Fondun fəaliyyəti çoxşaxəlidir. Təhsil, səhiyyə, elm və texnologiya, mədəniyyət, ekologiya, idman, sosial problemlər - bütün bu sahələrdə Fond tərəfindən proqramlar hazırlanaraq həyata keçirilir. Ümumiyyətlə, biz öz fəaliyyətimizi müasir zamanın tələbinə cavab verən şəkildə qurmağa - cəmiyyətdə olan, insanları narahat edən problemləri aşkar etməyə, bu problemlərin həlli yolunda lazımi tədbirləri hazırlamağa, həyata keçirməyə və uğurlu nəticələri əldə etməyə çalışırıq. Bu gün Fondun bu strategiyasının nəticələrini sizin diqqətinizə çatdırmaq istəyirik.

İlk növbədə, bizim fəaliyyətimizin ən prioritet istiqamətlərindən olan təhsil barədə. Ölkəmizin inkişafında təhsilin böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, keçən il bu sahədə bir neçə irimiqyaslı layihə hazırlanıb həyata keçirilibdir. Ölkəmizdə çox böyük əks-səda doğuran “Yeniləşən Azərbaycana yeni məktəb” proqramıdır. Biz ilk dəfə bu proqramı təqdim edəndə dəyirmi masa keçirmişdik. Çox adam inanmırdı, şübhə ilə yanaşırdı ki, bu, necə ola bilər, üç-dörd ay ərzində 132 məktəb tikiləcək, özü də əksəriyyəti ucqar rayonlarda, ölkəmizin dağlıq rayonlarında inşa olunacaqdır. Amma biz sübut etdik ki, əgər inam varsa, iradə varsa, əgər işləri düzgün qurmaq bacarığı varsa, hər bir problem çox qısa bir zamanda öz həllini tapa bilər.

X X X

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Proqramın icrası ilə bağlı məlumat verərək bildirdi ki, iqtisadi inkişaf yolunu tutan, yeniləşən Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliyə yiyələnməsi, dünya təhsil sisteminə inteqrasiyasına dəstək verilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet sahələrindən biridir. Fondun ötən ildən həyata keçirməyə başladığı və artıq birinci mərhələsi başa çatan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı məhz bu sahədə mövcud problemlərin həllinə istiqamətləndirilmişdir.

Bu sahədə real vəziyyəti qiymətləndirmək üçün Fondun prezidentinin təşəbbüsü ilə respublika üzrə orta məktəblərin monitorinqi keçirilmiş və ən müxtəlif bölgələrində 132 məktəb binasının tam yararsız olduğu müəyyənləşdirilmişdi. Cəmiyyətin müxtəlif təbəqələrinin diqqətini bu məsələyə yönəltmək məqsədi ilə ötən ilin iyununda müvafiq qurumların, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların iştirakı ilə keçirilən dəyirmi masada 100, 200 və 240 şagird yerlik məktəb binalarının layihələri təqdim olunmuşdu.

İcraçı direktor xüsusi vurğuladı ki, Fondun prezidentinin layihə ilə bağlı cəmiyyətə ünvanladığı əməkdaşlıq çağırışı geniş əks-səda doğurdu. Azərbaycanın bölgələrində - dağ kəndlərində, ən ucqar yaşayış məntəqələrində məktəb tikintisi geniş vüsət aldı, qısa müddətdə layihələr əsasında yeni, müasir tələblərə cavab verən binalar istifadəyə verildi.

Məktəblərin müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüterlərlə təchiz olunduğunu söyləyən Anar Ələkbərov dedi ki, yeniləşən Azərbaycana yeni məktəb bəxş edən bütün layihə iştirakçılarının gərgin əməyi, yorulmaz səyi nəticəsində minlərlə məktəbli yeni tədris ilini yaraşıqlı, gözoxşayan təhsil ocaqlarında sevinc hissi ilə qarşıladılar.

Sonra slaydlar vasitəsilə müxtəlif rayonlar üzrə bir sıra orta məktəb binalarının əvvəlki və indiki vəziyyəti nümayiş etdirildi.

X X X

MEHRİBAN ƏLİYEVA bildirdi ki, hazırda Fond “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının ikinci mərhələsinin icrasına başlayır. Bu il biz daha 100 məktəb binasının inşasını təmin etmək istəyirik. Bu proqramda Bakıətrafı qəsəbələrdə yerləşən məktəblər də nəzərdə tutulacaqdır.

Təhsil sahəsində növbəti proqramlardan biri “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramıdır. Bu, bizim Fondun demək olar ki, ilk proqramlarından biridir və hər bir əməkdaşımız üçün çox əziz və doğma olan bir proqramdır. Çünki bu proqram çərçivəsində biz Bakıda və Abşeronda yerləşən, demək olar, hər bir uşaq evi və internat məktəbində olmuşuq. Daim gedirik, orada yaşayan bütün uşaqlar artıq bizim üçün çox doğma, əziz olublar. Biz sanki bir ailə kimiyik.

X X X

“Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramının əlaqələndiricisi İlqar Mustafayev məlumat verdi ki, Heydər Əliyev Fondu fəaliyyətinin ilk günündən uşaqlara, xüsusilə ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərir. Bu məqsədlə Fondun prezidentinin təşəbbüsü ilə “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı işlənib hazırlanmışdır. Proqram üzrə uşaq evləri və internat məktəblərində mövcud problemlərin həll olunması üçün 4 əsas istiqamət müəyyən edilmişdir: texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq. Proqram çərçivəsində yaradılmış işçi qrupu respublikada fəaliyyət göstərən uşaq evləri və internat məktəblərindəki mövcud vəziyyətin monitorinqini apararaq uşaqların sayı, aylıq, illik dövlət təminatına daxil olan qida, geyim, texniki vəsait normativləri, ümumi şərait (təhsil, səhiyyə, yaşayış, istirahət) kimi göstəriciləri müəyyən etmişdir. Belə uşaq müəssisələrinin böyük əksəriyyətinin ilkin mərhələdə əsaslı təmirə və texniki təchizata daha çox ehtiyacı olduğu aşkar edilmişdir.

Fondun rəhbəri Bakının və ölkəmizin əksər rayonlarındakı uşaq evləri və internat məktəblərində şəxsən olaraq, proqramın texniki dəstək istiqaməti üzrə işlərin başlanması üçün tapşırıq vermişdir.

(Sonra 2005-ci ildə yenidənqurma işlərinin aparıldığı uşaq müəssisələri, yeni avadanlıqla və bir neçəsi nəqliyyat vasitəsilə təmin olunan internat məktəblər barədə slaydlar göstərildi).

Proqramın əlaqələndiricisi daha sonra bildirdi ki, gördüyümüz işlər yalnız texniki dəstəklə məhdudlaşmır, kitabxanalar yaradılmış, onlar müvafiq tədris vəsaiti və bədii ədəbiyyatla təmin olunmuş, əksər uşaq evləri və internat məktəblərində kompüter avadanlığı quraşdırılmış, sinif otaqları interaktiv təhsil üçün uyğunlaşdırılmışdır. Bir çoxunda həkim və psixoloq otaqları yaradılmışdır. Uşaq evləri və internat məktəblərində qida normativlərinin dəyişdirilməsi məqsədi ilə təkliflər paketi hazırlanmışdır.

Uşaq evlərində, internat məktəblərində tərbiyə olunan uşaqlar, qaçqın və məcburi köçkün ailələrindən olan və təhsildə fərqlənən şagirdlər üçün müxtəlif bayram şənliklərinin təşkili artıq ənənəyə çevrilmişdir. Fondun prezidentinin təşəbbüsü ilə uşaqların asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədi ilə bu il pilot layihəsi olaraq, Nizami rayonundakı 1 nömrəli uşaq evi üçün Şüvəlan qəsəbəsində yay düşərgəsinin yaradılması planlaşdırılır.

İ.Mustafayev paytaxtda xüsusi Resurs Mərkəzi yaradılmasının vacibliyini vurğulayaraq bildirdi ki, bununla uşaq evləri və internat məktəblərinin müəllim və tərbiyəçiləri üçün müasir tədris və tərbiyə metodikasının tətbiqinə dair treninqlər təşkil etmək, uşaq alveri, uşaq əməyindən istifadə, onlara qarşı zorakılıq və s. aradan qaldırmaq istiqamətində daha davamlı tədbirlərin həyata keçirilməsi mümkün olardı.

X X X

MEHRİBAN ƏLİYEVA: Dediyim kimi, bu, bizim üçün çox əziz bir proqramdır. Amma bütün bu tədbirlərlə yanaşı, biz yaxşı başa düşürük ki, heç bir dövlət müəssisəsi, ən müasir, gözəl təmir olunmuş, avadanlıqla təmin edilən məktəb heç zaman ailə mühitini əvəz edə bilməz. Ona görə, əlbəttə, bizim ən vacib və böyük məqsədimiz odur ki, bütün bu uşaqlar ailə şəraitində tərbiyə alsınlar. Məhz buna görə biz YUNİSEF-lə birlikdə “deinstitutlaşma proqramı”nı uğurla həyata keçiririk.

Keçən il Heydər Əliyev Fondunun həyatında daha mühüm bir hadisə baş vermişdir. Demək olar ki, Heydər Əliyev Fondu beynəlxalq fəaliyyətə başlamışdır. Keçən ilin dekabrında Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında kor və zəif görən insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsinə dair layihə sənədi və əməkdaşlıq sazişi imzalanmışdır.

X X X

“Kor və zəif görən insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsinə dair” layihənin milli əlaqələndiricisi Anar Ələkbərov ölkəmizdə 40 minə yaxın gözdən əlilin olduğunu bildirərək dedi ki, layihənin əsas məqsədi əhalinin belə qruplarının səlahiyyətlərini genişləndirmək və xüsusilə, məşğulluğunu artırmaq üçün onlara əlavə imkanlar yaratmaq mexanizmi kimi İKT-dən istifadə etməklə kor və görmə qabiliyyəti zəif olan insanlara yardım göstərməkdir.

Layihənin birinci mərhələsində gözdən əlil insanlar üçün Rəqəmsal fərqin aradan qaldırılması üzrə milli strategiya hazırlayıb həyata keçirmək məqsədi ilə Azərbaycanda həmin insanların İKT ehtiyacları müəyyən olunacaqdır. İkinci mərhələdə texniki mütəxəssislər qrupunun vasitəsilə xüsusi kompüter avadanlığını quraşdırmaq, proqram təminatını lokallaşdırmaq (tərcümə etmək), internetə çıxışı təmin etmək, tədris-təlim proqramlarını hazırlamaq üçün təhsil sahəsində yerli və xarici ekspertlərin təcrübəsindən istifadə etmək üçün Model informasiya-kommunikasiya texnologiyaları sinfi yaradılacaqdır. Üçüncü mərhələdə isə kor və görmə qabiliyyəti zəif olan insanlar üçün yaradılacaq kitabxana və Təlim mərkəzində onların audio materiallar və Brayl şriftli kitablardan istifadə imkanları təmin olunacaqdır.

Layihənin yeri Bakının Nərimanov rayonundakı Kor və zəifgörən uşaqlar üçün respublika internat məktəbi müəyyənləşdirilmişdir. Hazırda burada yenidənqurma işləri aparılır. Layihənin geniş imkanlarından bütün əlil insanlar faydalana biləcəklər.

X X X

Heydər Əliyev Fondunun mədəniyyət sektorunun əməkdaşı Məhəbbət Mehdiyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə birgə həyata keçirilən layihələrdən danışdı. O bildirdi ki, Mehriban xanımın şəxsi təşəbbüsü ilə Azərbaycan milli musiqisinin incilərindən olan muğamın inkişafı və təbliği ilə əlaqədar görkəmli sənətkarlar dəvət edilməklə dəyirmi masa keçirilmiş və YUNESKO-nin baş direktoru Matsuuranın iştirakı ilə Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulmuşdur.

“Qarabağ xanəndələri” musiqi albomu buraxılmış, Azərbaycanın görkəmli yazıçısı və pedaqoqu Abdulla Şaiqin ev-muzeyində təmir-bərpa, Mərdəkan qəsəbəsindəki kütləvi kitabxanada yenidənqurma işləri aparılmışdır. Pir-Həsən ziyarətgahının yenidən qurulması ilə bağlı işlər sona çatır. Gəncə şəhərində Comərd Qəssab türbəsi bərpa olunmuş, Gəncənin sonuncu xanı Cavad xanın qəbri üzərində türbə ucaldılmış, Həzrəti Zeynəb məscidi isə yenidən qurulmuşdur.

Ulu öndər Heydər Əliyevin müharibə və əmək verteranlarına göstərdiyi böyük diqqət və qayğıya sadiq qalaraq, Fondda müharibə veteranları ilə səmimi görüş keçirilmişdir. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun 120, akademik Yusif Məmmədəliyevin 100 illik yubileyləri qeyd olunmuş, dünya şöhrətli sənətçilər Mstislav Rostropoviçin və onun həyat yoldaşı Qalina Vişnevskayanın 50 illik birgə fəaliyyətinə həsr edilmiş albom və disklər buraxılmışdır.

Bildirildi ki, hesabat dövründə Fondun ekspozisiyası ilə minə yaxın qonaq tanış olmuşdur. Bakıda, respublikanın digər şəhər və rayonlarında Heydər Əliyevə həsr olunmuş muzeylər, yaxud guşələr yaradılmış, Azərbaycan İqtisad Universitetində Heydər Əliyev Fondu ilə birgə “Heydər Əliyev irsinin öyrənilməsi mərkəzi” açılmışdır və bu istiqamətdə iş davam edir.

X X X

MEHRİBAN ƏLİYEVA: 2005-ci ildə əsası qoyulan irimiqyaslı layihələrdən də biri Heydər Əliyev Fondunda Azərbaycan Regional Muzeyinin yaradılmasıdır. Bu gün siz muzeyin maketini görə bildiniz. Ölkəmizə gələn, Fondu ziyarət edən hər bir qonaq Azərbaycanın müxtəlif regionlarının tarixi, mədəniyyəti, sərvətləri, iqtisadiyyatı barədə doğru məlumat ala biləcəkdir.

X X X

“Azərbaycan Regional Muzeyi” layihəsinin əlaqələndiricisi Pərvinə İsmayılova məlumat verdi ki, layihə ilə bağlı Böyük Britaniyanın SMA Design şirkəti ilə birgə işləyəcək yerli mütəxəssislərdən ibarət işçi qrupu yaradılmışdır. Məqsəd Azərbaycanın müxtəlif bölgələrinin özünəməxsus özəlliklərini - tarixi keçmişini, sosial-iqtisadi vəziyyətini, flora və faunasını, mədəni-dini abidələrini, təsərrüfat həyatını, yerli adət-ənənələrini, etnik qruplarını əks etdirməklə yanaşı, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində bu regionların inkişafı üçün gördüyü işləri, qoyduğu zəngin irsi təbliğ etməkdir.

Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması barədə həyata keçirilən layihələr haqqında Fondun informasiya və kommunikasiya texnologiyaları üzrə eksperti Azər Bayramov məlumat verdi. Bildirildi ki, 2005-ci ildə ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “heydar-aliyev.org” domen adlı Azərbaycan, ingilis və rus dillərində internet-portalı yaradılmışdır. Portalda ümummilli liderimizin müxtəlif nitqləri, kütləvi informasiya vasitələrinə müsahibələri toplanmışdır. Növbəti layihə domen adı “heydar-aliyev-foundation.org” olan, yüksək zövqlə tərtib edilmiş Heydər Əliyev Fondunun internet səhifəsinin yaradılmasıdır.

O, Fondun prezidentinin təşəbbüsü ilə, zənginliyinə görə respublikada analoqu olmayan “Azərbaycan” internet portalının yaradıldığını bildirdi, onun bölmələri, “Səsvermə” və “Forum” sistemləri barədə danışdı. Qeyd olundu ki, təqdimat mərasimi 2005-ci ildə keçirilən “Azərbaycan” internet portalı “Azərbaycan Elektron kontent-2005 mükafatı” milli müsabiqəsində Elektron-cəlbetmə nominasiyası üzrə qalib gəlmişdir.

X X X

Pərvinə İsmayılova ötən il Fond tərəfindən nəşr olunmuş bir neçə maraqlı əsər barədə məlumat verdi. Bildirildi ki, “Qarabağ həqiqətləri” toplusu ingilis dilində buraxılmışdır. Bu nəşr “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçalarından ibarətdir. Onlar fransız, alman, ərəb və rus dillərində də nəşr olunacaqdır. Artıq “Qarabağ həqiqətləri” silsiləsinin ikinci cildinin hazırlanmasına da başlanmışdır.

Azərbaycan Milli Akademiyasının İnsan Hüquqları İnstitutunun mütəxəssisləri ilə birgə hazırlanmış “Pirlər və müharibə” kitabında Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli və digər rayonlarında düşmən tapdağı altında qalan ziyarətgahlar, dağıdılmış tarixi memarlıq abidələri, pirlər haqqında ətraflı məlumat verilir.

Ötən ildən başlayaraq, bir sıra xarici nəşrlərin Azərbaycan dilinə təcrüməsi üzərində işlər aparılır. Orduda xidmət edən gənclərimizin hərbi hazırlığına və maarifləndirilməsinə töhfə olaraq, “Hərbçinin qeyd-yaddaş kitabçası” və “Hərbi and” qəzeti çap edilmişdir. Heydər Əliyev Fondunun bir illik fəaliyyətini əks etdirən kitab da böyük maraq doğurur.

X X X

Səhiyyə ilə bağlı layihələr barədə məlumat verən Fondun eksperti Faiq Tağızadə bildirdi ki, ötən il 310 nəfər şəkərli diabetə düçar olmuş 14 yaşınadək uşaq himayəyə götürülmüşdür və onlar insulinlə təmin edilirlər. Bu il Talassemiya Mərkəzinin tikilməsinə başlanacaqdır. Fondun prezidentinin təşəbbüsü ilə Diaqnostika Mərkəzinin də inşası nəzərdə tutulur.

2005-ci ildə Fonda 3 mindən çox adam müraciət edərək, müalicə üçün kömək istəmişdir. Onların hamısına yüksək səviyyədə tibbi yardım göstərilibdir. Xarici ölkələrin səhiyyə müəssisələri ilə əlaqələr yaradılmışdır və xəstələrin bəzilərini oraya göndərmək imkanı vardır.

Heydər Əliyev Fondunun prezidenti MEHRİBAN ƏLİYEVA tədbirə yekun vuraraq dedi:

-Qeyd olunan layihələrlə yanaşı, sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində də geniş tədbirlər həyata keçirilmişdir. O cümlədən yeni avtomobil yolları çəkilmiş, elektrik təchizatı yaxşılaşdırılmış, kanalizasiya sisteminin yenidən qurulması, su borularının çəkilməsi və s.

Əziz qonaqlar, beləliklə, biz Heydər Əliyev Fondunun 2005-ci ildə fəaliyyətinin istiqamətlərini, həyata keçirdiyi layihə və proqramların nəticələrini sizə təqdim etdik. Heydər Əliyev Fondu bu gün ölkəmizin ictimai həyatının ən fəal iştirakçılarından biridir və öz əməlləri ilə cəmiyyətdə böyük hörmətə və dəstəyə malikdir. Fondun ünvanına gələn yüzlərlə məktub mənə bu sözləri deməyə əsas verir. O məktublarda ölkəmizin müxtəlif regionlarından insanlar Fondun fəaliyyəti ilə maraqlanır, öz arzu və tövsiyələrini bizə çatdırırlar. Mən əmin etmək istəyirəm ki, Fond gələcəkdə də öz fəaliyyətini məhz bu cür davam etdirəcək və Azərbaycanın firavan gələcəyi, Azərbaycan xalqının xoşbəxt bu günü və sabahı naminə çalışacaqdır.

Bu gün Heydər Əliyev Fondu formalaşmış, peşəkar, çox etibarlı bir komandadır. Mən bu fürsətdən istifadə edərək, Heydər Əliyev Fondunun bütün əməkdaşlarına öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Hesab edirəm ki, Heydər Əliyevin dövlətçilik ideyalarına sadiq qalaraq, Heydər Əliyev Fondunda çalışan hər bir insan yüksək vətənpərvərlik və insansevərlik nümayiş etdirməlidir.

Sonda 2005-ci ildə Heydər Əliyev Fondu ilə əməkdaşlıq edən bütün dövlət və qeyri-dövlət qurumlarına, diplomatik nümayəndələrə, yerli və xarici sahibkarlara, təşkilatlara böyük təşəkkürümü bildirirəm. Hesab edirəm ki, belə əməkdaşlıq ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasında çox mühüm bir addımdır.

Bununla da bizim bügünkü toplantımız başa çatır. Sizə yeni ildə cansağlığı, uğurlar və xoşbəxtlik arzulayıram. Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr