Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ MEHRİBAN ƏLİYEVANIN ÇIXIŞI

- Əziz qonaqlar!

Hörmətli xanımlar və cənablar!

İcazə verin, ilk növbədə, fəaliyyətimə belə yüksək qiymət verildiyinə görə “Yüzilliyin mesenatı” Fonduna, hörmətli Pyotr Pyotroviç, şəxsən Sizə, Angelina Mixaylovna, Sizə çox böyük təşəkkür və minnətdarlıq hisslərimi ifadə edim. Burada mənim ünvanıma söylədiyiniz sözlərə görə sağ olun. Mən bundan çox təsirləndim.

Mən Fondumuzun fəaliyyətindən bir qədər danışmaq istərdim. Angelina Mixaylovna onun haqqında çox yaxşı və müfəssəl danışdı. Buna baxmayaraq, bir neçə kəlmə demək istərdim. Fondumuz nisbətən yaxınlarda, bir ildən bir qədər əvvəl fəaliyyətə başlamışdır. Bu müddət ərzində, - mən bunu iftixarla deyirəm, - biz ölkəmizdə çox nüfuzlu və çox hörmətli təşkilat ola bildik. Yəqin, burada xeyriyyəçilik fəaliyyətimizin çox böyük rolu var.

Biz işimizə yenicə başlayanda bildirdik ki, ölkəmizdə ictimai-siyasi həyatın bütün sahələrində Fondun iştirak etdiyi qlobal, genişmiqyaslı, uzunmüddətli layihələr ilə yanaşı, cəmiyyətimizin ən aztəminatlı təbəqələri olan insanlara – valideynlərindən məhrum uşaqlara, qaçqın və məcburi köçkünlərə, yoxsulluq həddindən aşağı səviyyədə yaşayan adamlara, qocalara və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara çox böyük diqqət yetirəcəyik.

Budur, indi, aradan bir ildən bir az artıq vaxt keçəndən sonra iftixarla deyə bilərəm ki, məhz həmin istiqamətdə görülmüş bütün işlər öz nəticələrini, öz real bəhrələrini verir. Məktəblərə gedəndə özümü çox xoşbəxt hiss edirəm. Mən demişəm ki, Azərbaycandakı hər bir internat məktəbinə, hər bir uşaq evinə şəxsən özüm gələcəyəm. Bu günədək biz 40 uşaq evində olmuşuq. İnanın ki, indi onların təxminən 30-u, demək olar, təzələnmiş, yenidən tikilmişdir, yəni biz real şərait yaratmışıq, bu uşaqların yaşayışı və təhsili üçün şəraiti yaxşılaşdırmışıq. Bununla yanaşı, uşaqlar hiss etmişlər ki, unudulmayıblar, onlarla maraqlanırlar, onlar cəmiyyətimizə gərəkdirlər. Bir növ zəncirvarı reaksiya getmişdir – onlarla maraqlanmağa, onlara baş çəkməyə, diqqət yetirməyə başlamışlar. Bu isə onları isti yaşayış yeri ilə təmin etməkdən və onlara təhsil verməkdən heç də az vacib deyildir.

Bu ilin mayında Fondun təşəbbüsü ilə irəli sürülmüş “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı respublikada çox böyük əks-səda doğurdu. Respublika ərazisindəki bütün məktəblərin monitorinqini keçirdik və öyrəndik ki, elə məktəblər var, burada nəinki oxumaq, hətta həmin binalarda olmaq mümkün deyildir. İnanmaq çətin olsa da, 4 ayda 90 yeni məktəb tikilib istismara verildi, daha 40 məktəb isə bu ilin sonunadək hazır olacaqdır.

Mədəniyyət, səhiyyə sahəsində bir sıra iri layihələr, məsələn, diabetdən əziyyət çəkən uşaqlara yardım layihəsi var. Biz digər ictimai təşkilatlarla birlikdə ona nail olduq ki, indi respublikada bu xəstəliyə tutulmuş uşaqların hamısı lazımi dava-dərman alır. Genetik cəhətdən keçici xəstəlik olan talassemiya Azərbaycanda böyük problemdir. Aralıq dənizi bölgəsinin bir sıra ölkələrində bu xəstəliyin, demək olar, öhdəsindən gəlmiş, ona son qoymuşlar. Odur ki, biz bu ölkələrin müsbət təcrübəsindən bəhrələnərək, beynəlxalq dərəcəli ekspertlər cəlb edərək, Azərbaycanda talassemiyanın ləğv olunmasına dair proqram hazırlamışıq. Bu ilin oktyabrında biz ixtisaslaşdırılmış talassemiya mərkəzinin tikintisinə başlayacağıq. Qan xəstəliyindən əziyyət çəkən hər bir uşaq burada ən səmərəli tibbi yardım ala biləcəkdir.

Mədəniyyət sahəsində fəaliyyətimizi elə qurmağa çalışırıq ki, dövrlərin və nəsillərin varisliyi saxlanılsın. Çünki bunsuz nə yüksək mədəniyyət, nə incəsənət, nə də milli ruhun formalaşması mümkündür. Həyata keçirdiyimiz bütün layihələrin ümummədəni əhəmiyyəti var. Burada mən yaxın gələcəkdə həyata keçiriləcək “Üzeyir Hacıbəyov” layihəsindən danışmaq istərdim. Layihə Azərbaycanın bu musiqi dühasının, əslində, bütün irsini əks etdirir. Digər layihə - “Qalina Vişnevskaya və Mstislav Rostropoviç” layihəsi ilə də fəxr edirik. O, artıq həyata keçirilib və layihə qəhrəmanlarının özləri, musiqi ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilmişdir.

2006-cı ilin fevralında biz ölkəmizin paytaxtında - Bakıda böyük musiqiçi Dmitri Şostakoviçin 100 illiyinə həsr edilmiş festival keçirməyi planlaşdırırıq. Bizim çox böyük planlarımız, çox böyük layihələrimiz var. Dediyim kimi, qlobal layihələrimiz var. Lakin bununla yanaşı, iftixarla deyirəm ki, biz Fondumuza müraciət edən hər bir insanı heç vaxt unutmamağa çalışırıq. Biz minlərlə məktub alırıq. İndi mən ayrı-ayrı hallardan, konkret köməkdən danışmaq istəmirəm. Təkcə onu deyim ki, belə insanlar yüzlərlə deyil, minlərlədir. Mühüm vəzifələrin həlli ilə yanaşı, xəbər tutduqda və hay vermək mümkün olduqda, belə adamlara yardım göstərməyi Fondumuzun ən böyük xidmətlərindən biri hesab edirəm.

Hörmətli qonaqlar! Mən Fondun fəaliyyətindən çox danışa bilərəm, lakin diqqətinizdən və vaxtınızdan sui-istifadə etmək istəmirəm. İndi biz elə bir dünyada yaşayırıq ki, ətrafda diqqət yetirilməsi və düzgün dərk olunması tələb edilən problem və məsələlər lap çoxdur. Biz bugünkü gündən danışdıqda “qloballaşma”, “inteqrasiya”, “elmi-texniki tərəqqi”, “yüksək texnologiyalar” kimi sözləri daha tez-tez eşidirik və siz mənimlə razılaşarsınız ki, bu sözlər həqiqi insanpərvərlik, mərhəmət, xeyirxahlıq, mənəviyyat kimi anlayışlardan daha tez-tez səslənir. Biz bu ümumbəşəri və əbədi dəyərləri ikinci sıraya keçirmirikmi? Xeyriyyəçilik missiyası bu gün həmişəkindən daha vacibdir. Vaxt vardı, Azərbaycanda xeyriyyəçilik ümummilli ideya, ümummilli miqyaslı iş idi. Bu gün mən iftixarla deyə bilərəm ki, siz bu ənənənin dirçəlməsinin şahidisiniz. Bizim təcrübəmiz, Fondumuzun təcrübəsi göstərdi ki, ölkəmizdə çağırışa hay verməyə, təmənnasız yardım göstərməyə, kömək əli uzatmağa hazır olan insanlar çox-çoxdur. Yaxşılıq yaxşılıq doğurur, yəqin ki, bu, Fondumuzun, fəaliyyətimizin əsas xidmətidir.

Fəaliyyətimiz haqqında dediyiniz sözlərə görə çox-çox sağ olun. Mükafat almaq həmişə xoşdur. Lakin hər bir mükafat həm də onu dərk etmək deməkdir ki, sən cavabdeh olduğun işə daha məsuliyyətlə yanaşa bilərsən və yanaşmalısan. Əminəm ki, sizin təşkilatınız öz nominantlarını mükafatlandırdıqda onların nəinki keçmiş xidmətlərini nəzərə alır, həm də ümid edir ki, bu xeyirxah işlər gələcəkdə də davam etdiriləcəkdir.

Hamını əmin etmək istəyirəm ki, biz nail olduğumuz uğurlarla kifayətlənməyəcəyik. Bizim böyük planlarımız var. Fondun fəaliyyətini, ilk növbədə, xeyriyyəçilik fəaliyyətini genişləndirəcəyik.

Sonda demək istəyirəm ki, dünyanı, hər halda, xeyirxahlıq xilas edəcəkdir.

X X X

Mərasimdə Azərbaycan ictimaiyyətinin nümayəndələri, mədəniyyət, elm, incəsənət xadimləri iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

Bu saata olan əsas xəbərlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Deputat: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb

Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltaraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib

IEA: Cənub-Şərqi Asiyada elektrik enerjisinə tələbat 2026-2030-cu illərdə orta hesabla 5,4 faiz artacaq

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi”

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır

Şahin Mustafayev Rusiya Hökumətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açıqlanıb

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq

Sahibə Qafarova: İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb

BMT QAK: 2025-ci ildə təxminən 5,8 milyon qaçqın uşaq təhsildən kənarda qalıb

Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Səməd Bəşirli: Alman şirkətlərinə təklifimiz sadədir - Azərbaycana gəlin, lakin daha geniş region üçün istehsal edin

“e-müqavilə” altsistemində imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb

Pakistanda poliomielitə yoluxanların sayı artır

Makron və Merts Aİ-nin ticarət müdafiəsi mexanizmlərini gücləndirməyi təklif ediblər

Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

® “AccessBank” QSC UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Ən çox yağıntı Astaraya düşüb - faktiki hava

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun tarixli 180 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 11 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun oğlu: Atamın şair və şəxsiyyət kimi böyüklüyünü mən uşaqlıqdan hiss etmişəm

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

® İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

ABŞ hipersəs raketinin uçuş sınağını keçirib

Bu gün Ümumdünya Serebral İflic Günüdür

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub