“Heydər Əliyev İli” çərçivəsində DGK-nın kollektivi tərəfindən müxtəlif növ ağaclar əkilib
Bakı, 4 mart, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar martın 4-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Gömrük Komitəsinin (DGK) birgə təşkilatçılığı ilə ağacəkməyə start verilib.
DGK-dən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində ayrılan 3 hektara yaxın sahədə 2500-dən çox müxtəlif növ ağaclar əkilib.
Qeyd edək ki, 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar Dövlət Gömrük Komitəsinin kollektivi tərəfindən 100 min ağacın əkilməsi nəzərdə tutulur.