“Heydər Əliyev kuboku” uğrunda voleybol üzrə muxtar respublika turnirinə yekun vurulub
Naxçıvan, 23 may, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il¬dönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda voleybol üzrə Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi turnirdə 8 komanda olimpiya sistemi üzrə mübarizə aparıb, turnir iki gün davam edib.
Turnirin son günündə 3-cü yer uğrunda görüş, eyni zamanda, final qarşılaşması keçirilib. İlk olaraq meydana Naxçıvan və Culfa voleybolçuları çıxıblar. Bu görüşdə azarkeşlər 5 setə şahidlik ediblər. Daha baxımlı oyun nümayiş etdirən “Culfa” komandası meydanı qələbə ilə tərk edib - 3:2.
Həlledici qarşılaşmada isə Sədərək və Şərur komandaları üz-üzə gəliblər. Hər üç setdə üstünlüyü qoruyub saxlayan şərurlular 3:0 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olublar.
Sonda ilk üç pilləni tutan komandalar mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Voleybol Federasiyasının sədri Mənşur Gülməmmədov təqdim ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:55]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:50]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub VİDEO
- 13.06.2026 [17:11]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [16:43]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:36]
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
- 13.06.2026 [16:33]
Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu
- 13.06.2026 [16:15]