HEYDƏR ƏLIYEVIN AZƏRBAYCANIN ŞƏKSIZ LIDERI OLMASI BÜTÜN DÜNYAYA BƏLLIDIR
Türkiyədə çixan həftəlik “yeni düşüncə” jurnalinin 2001-ci il 27 iyul - 2 avqust tarixli nömrəsində ankaradaki azərbaycan səfirliyi tərəfindən redaksiyaya təqdim edilmiş məqalə dərc olunmuşdur.
Məqalədə deyilir ki, son zamanlarda Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz”,Böyük İpək Yolu kimi strateji layihələrin reallaşması, Türkiyə və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərləri sayəsində Türkiyə-Azərbaycan strateji əməkdaşlığının yeni zirvəyə qalxması başda erməni lobbisi olmaqla Türkiyəyə düşmən olan bir çox dairələri olduqca narahat etmişdir. Bu dairələr mətbuatdan istifadə edərək, cürbəcür iftira və böhtanlara əl atır, Türkiyə-Azərbaycan əlaqələrinə ziyan vurmağa çalışırlar.
Erməni lobbisinin fəaliyyətinə lazımınca cavab verilir, ancaq ciddi narahatlıq doğuran səbəb odur ki, dost bildiyimiz şəxslər də əlaqələrimizə ziyan vuran, gerçəkliklə heç bir əlaqəsi olmayan, yalan və iftira dolu yazıları vaxtaşırı mətbuat səhifələrinə çıxarırlar. Məqalədə “Yeni düşüncə” jurnalında dərcolunmuş “Azərbaycan, hara gedirsən?” yazısına toxunularaq, təəssüflə bildirilir ki, bu yazı türk insanının tərbiyəsinə, əxlaqına, ənənəsinə və dünyagörüşünə uyğun gəlmir, mənəviyyata və əxlaqa zidd iftiralarla doludur. Azərbaycanda iqtidarlı - müxalifətli bütün siyasət adamlarına ləkə yaxan yazı müəllifinin yeganə dərdi hamını pisləməklə İsa Qəmbəri Azərbaycana “həzm etdirməkdir”. Məqalə müəllifi bu məqsədinə çatmaq üçün Azərbaycanın və bütün türk dünyasının dostu, hörmətli dövlət naziri, professor Əbdülxalıq Çayın da adını heç bir əsas olmadan bir neçə dəfə hallandırır, İsa Qəmbəri Ankaraya guya o dəvət ediyini iddia etməkdən çəkinmir.
Məqalədə daha sonra vurğulanır ki, yazı müəllifinin Azərbaycanda hamını pisləyib İsa Qəmbəri “Azərbaycan türkünün ümidi” kimi təqdim etməsi oxucularda əks reaksiya doğurur, Azərbaycanın daxili işlərinə qarışmaq kimi qəbul olunur. Azərbaycan xalqı son dərəcə mədəni və savadlı bir xalqdır,
“Azərbaycan türkünün ümidi”nin kim olduğunu özü yaxşı bilir, kənardan kimsənin Azərbaycanın siyasətinə baş soxmağa haqqı yoxdur. 1992-1993-cü illərdə Azərbaycanda hakimiyyətdə olmuş İsa Qəmbərin və onun yoldaşlarının bacarıqsızlığı ucbatından vətəndaş müharibəsi başlandığını, qardaş qanı axıdıldığını, Azərbaycanın əslində parçalanmaq həddinə çatdığfını, onun cənubunda qondarma “Talış-Muğan Respublikası” qurulduğunu, ölkənin ərazilərinin ermənilər tərəfindən işğal edildiyini və məhv olmaq təhlükəsi qarşısında qalan Vətənimizi bu bəlalardan İsa Qəmbərin və dostlarının yalvararaq, ardınca təyyarə göndədərək Bakıya dəvət etdikləri Heydər Əliyevin qurtardığını xalqımız çox yaxşı bilir.
Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq möhtərəm vətəndaş müharibəsini dayandırmış, Azərbaycanın parçalanmasının qarşısını almış, ölkəyə əmin-amanlıq gətirmiş, tənəzzül vəziyyətində olan iqtisadiyyatı dirçəltmiş, ordumuzu gücləndirmişdir. Türklərin düşmənləri tərəfindən həyatına qarşı bir neçə dəfə planlaşdırılan sui-qəsdlərin və 1994-1995-ci illərdə iki dəfə əl atılan dövlət cevrilişi cəhdlərinin qarşısını alan Prezidentimiz 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”ni imzalayaraq, Xəzərin enerji ehtiyatlarını dünyaya açmış strateji ”Bakı-Ceyhan” layihəsinin gerçəkləşməsinə təminat yaratmışdır.
Bakıda, Azərbaycanda minlərlə Türkiyə vətəndaşı, Türkiyə iş adamı çalışır, Türkiyə şirkətləri və iş adamları Azərbaycanın bütün sərvətlərtindən faydalanmaqdadır. Bunların və Bakı-Tbilisi-Ceyhan neft kəməri, “Şahdəniz” qazı”nın nəqli üçün kəmərin çəkilişi layihələrinin və bir çox başqa təşəbbüslərin memarı cənab Heydər Əliyevdir. Bütün bunlar onun tarixi fəaliyyəti nəticəsində mümkün olmuşdur.
Xalqımız azad səsvermə yolu ilə Heydər Əliyevi 1993 və 1998-ci illərdə Prezident seçmişdir. Möhtərəm Preizidentimizin fəaliyyəti nəticəsində Azərərbaycanda demokratiya inkişaf etmiş, türk dünyasında ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası ləğv edilmiş, Azərbaycan Avropa Şurasına qəbul edilmişdir.
Azərbaycan Prezidentinin diqqəti sayəsində Türkiyənin müxtəlif təşkilatlıarı və iş adamları tərəfindən ölkəmizdə yüzlərlə məscid, abidə, bulaq inşa edilmişdir. Bunların ən görkəmliləri Bakının ən uca yeri olan Şəhidlər Xiyabanı yanında inşa edilmiş Türk məscidi və 1918-ci il sentyabrın 15-də Bakını erməni daşnaklarından və menşeviklərdən xilas etmiş Türk İslam Ordusu əsgərlərinin şərəfinə ucaldılan abidədir ki, onun da açılışında 2000-ci il aprel ayının 9-da Prezidentlərimiz Heydər Əliyev və Süleyman Dəmirəl iştirak etmişlər
Azərbaycan-Türkiyə dostluğu və strateji əməkdaşlığına dair konkret misallar sadalanan məqalədə daha sonra vurğulanır ki, heç bir ədəb-ərkana, nəzakət və tərbiyəyə uyğun gəlməyən hərəkətlərlə Azərbaycan xalqının şəksiz liderinə, Prezidentinə iftira atmaq yalnız erməni lobbisinə yarınmaq deməkdir. “Azərbaycan ilə Türkiyə bir millət, iki dövlətdir” - deyən Prezident Heydər Əliyevin türk dünyası qarşısındakı xidmətləriniTürkiyə ictimaiyyəti çox yaxşı bilir. Prezident Heydər Əliyev Türkiyə Cümhuriyyətinin ən böyük və şərəfli mükafatları olan Beynəlxalq Atatürk Sülh Mükafatına və Dövlət Nişanına layiq görülmüşdür, Türkiyədəki bir çox qurumlar onu “İlin dövlət adamı” seçmişlər. Türkiyədə onun adını daşıyan küçələr və parklar vardır, ona bir çox universitetlərin “Fəxri doktoru”, onlarca bələdiyyənin və vəqfin mükafatları verilmişdir. Türkiyə Prezidentləri başda olmaqla rəhmətlik Arpaslan Türkeş, partiyaların sədrləri, parlament üzvləri, sənətçilər, iş adamları Perzidentimiz Heydər Əliyevlə dəfələrlə görüşmüş, ona hörmət və ehtiramlarını bildirmişlər.
Bütövlükdə məqalə Azərbaycan və Türkiyə arasında dostluğun və strateji əməkdaşlığın perspektivlərinə dərin inam hissi ilə aşılanmışdır.