Hindistanda daşqın və torpaq sürüşmələri nəticəsində 46 nəfər ölüb
Bakı, 20 oktyabr, AZƏRTAC
Hindistanın şimalında yerləşən Uttarakhand ştatında leysan yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 46 nəfər həlak olub.
AZƏRTAC Hindistan KİV-inə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində, həmçinin 11 nəfər itkin düşüb, 12 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Uttarakhand ştatının rəhbəri Puşkar Sinqh Dhami həlak olanların ailələrinə 400 min rupi (5,3 min dollar), evlərini itirənlərə isə 190 min rupi (2,5 min dollar) həcmində təzminat ödəniləcəyini bildirib.
Regionda baş vermiş torpaq sürüşmələri və daşqınlar səbəbindən Himalay dağlarının ətəklərində yerləşən bir sıra şəhərlərlə əlaqə tamamilə kəsilib. Hindistanın Meteorologiya Xidməti leysan yağışlarının bir neçə gün davam edəcəyini proqnozlaşdırıb və sakinləri evlərindən çıxmamağa çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]