HİNDİSTANDA SOYUQLARDAN 400-DƏN ÇOX ADAM ÖLMÜŞDÜR
AZƏRTAC-ın xarici informasiya vasitələrindən aldığı xəbərə görə, Hindistanda havaların çox soyuq keçməsi nəticəsində 400-dən artıq adam həlak olmuşdur. Havalar Uttar-Pradeş və Bihar ştatlarının şimal bölgələrində xüsusilə soyuq keçir. Burada soyuqdan müvafiq surətdə 270 və 124 adam ölmüşdür.
Həmin bölgələrdə temperaturun kəskin şəkildə aşağı düşməsinə Himalay dağlarından gələn soyuq hava axını səbəb olmuşdur. Burada noyabrdan bəri güclü qar yağmaqda davam edir.
Xatırladaq ki, ötən il Hindistanda havaların soyuq və şaxtalı keçməsi nəticəsində mindən çox adam ölmüşdü.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]
Labubu dünya çempionatının açılış mərasimində iştirak edib
- 12.06.2026 [16:26]