Horadizdə erməni işğalı zamanı dağıdılmış evlər bərpa edilərək yenidən sakinlərin istifadəsinə veriləcəkdir
Füzuli, 21 noyabr (AZƏRTAC). Erməni işğalı nəticəsində Horadiz şəhərində dağıdılmış evlər bərpa olunur.
Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 27 iyun tarixli Sərəncamına uyğun olaraq həmin evlər yenidən bərpa olunaraq sahiblərinə qaytarılacaqdır. Bunun üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Füzuli Rayon İcra Hakimiyyətinə 6 milyon manat ayrılmışdır.
Qeyd edək ki, erməni işğalı nəticəsində Horadiz şəhərində 227 ev və 3 çoxmənzilli bina dağıdılmışdır.
Füzuli Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, iyul ayından 129 evdə və 2 kommunal binada, bu yaxınlarda isə daha 76 evdə bərpa işlərinə başlanılmışdır. Evlərin bəzisi bərpa edilir, tamamilə dağıdılmış evlərin yerində isə yeniləri tikilir.
Bərpa olunmuş və yenidən tikilmiş 45 evin sakinlərin istifadəsinə verilməsinə başlanılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]