İFAD AZƏRBAYCAN RESPUBLİKASINDA KƏND TƏSƏRRÜFATININ İNKİŞAFI PROQRAMLARINI BUNDAN SONRA DA DƏSTƏKLƏYƏCƏKDİR
Bakı, 24 fevral (AZƏRTAC). Fevralın 18-19-da İtaliyanın paytaxtı Roma şəhərində Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəxlalq Fondun (İFAD) idarəetmə şurasının 32-ci sessiyası keçirilmişdir. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin baş direktorunun müavini, İFAD proqramlarının direktoru Vüqar Mehdiyev həmin sessiyadan yenicə qayıtmışdır. O demişdir:
- Ölkəmizin İFAD-la əməkdaşlığı 1997-ci ildən başlamışdır. Ötən illər ərzində respublikamızın müxtəlif regionlarında “Dağətəyi və yüksək dağlıq ərazilərin inkişaf etdirilməsi layihəsi”, “Təsərrüfatların özəlləşdirilməsi layihəsi”, “Şimal-Şərq inkişaf layihəsi” həyata keçirilmişdir. Kənd təsərrüfatınin müxtəlif sahələrində, o cümlədən, əkinçilik, maldarlıq, arıçılıq, suvarma sistemlərinin təkmilləşdirilməsi sahəsində mühüm nəticələr əldə edilmişdir. Tətbiq olunan layihələrə uyğun fermerlərə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara, torpaq mülkiyyətçilərinə kreditlərin verilməsi aqrar sektorun inkişafına, yeni iş yerlərinin açılmasına, ərzaq təhlükəsizliyinin təmin olunmasına, kənd yerlərində infrastrukturun müasirləşdirilməsinə təkan vermişdir.
Agentlik İFAD-la birgə daha bir layihəni - “Şimal-Qərb kənd inkişaf layihəsi”ni həyata keçirməyə başlamışdır.
Sessiyada İFAD-ın digər ölkələrlə yanaşı Azərbaycanla da əməkdaşlığına və bu əlaqələrin perspektivlərinə toxunulmuş, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, bu beynəlxalq təşkilat respublikamızda aqrar sektorun inkişafı ilə bağlı layihələrin maliyyələşdirilməsini bundan sonra da dəstəkləyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]