II Region Kuboku yarışlarının Şimal-qərb regionu üzrə açılış mərasimi keçirilmişdir
Bakı, 10 may (AZƏRTAC). Zaqatalada AFFA-nın rəhbərliyi və Regional Futbol Federasiyaları İctimai Birliyinin təşkilatçılığı ilə futbol üzrə II Region Kuboku yarışlarının Şimal-qərb regionu üzrə açılış mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları Zaqatala şəhərində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoymuşlar.
Birincilikdə 10 komanda mübarizə aparmışdır. Tədbirdə Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulamış və idman ləvazimatı hədiyyə etmişdir.
Şimal-qərb regionu üzrə birinci turun nəticələrinə görə A qrupunda Yevlax Uşaq-Gənclər Məktəbinin (UGİM) komandası “Gənclik” (Şəki) kollektivini 3:2 hesabı ilə məğlub etmiş, “Ulduz”(Mingəçevir)- “UGİM” (İsmayıllı) görüşü isə 2:2 hesabı ilə başa çatmışdır.
B qrupunda isə UGİM” (Mingəçevir)-UGİM (Oğuz) 5:0 və “Göyçay OİK”-UGİM (Qax) 2:7 nəticələri qeydə alınmışdır.
Yarışdan qayıdarkən 6 min əhalisi olan Qəbələ rayonunun Nic kəndində Regional Futbol Federasiyaları İctimai Birliyinin rəhbərliyi bu kəndin gənc futbolsevərləri ilə söhbət etmiş və onlara top hədiyyə etmişdir.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]

