İKİ MÜQƏDDƏS OCAĞIN XADİMİ, SƏUDİYYƏ ƏRƏBİSTANININ KRALI ƏLAHƏZRƏT ABDULLAH BİN ƏBDÜLƏZİZ AL SƏUDA
Əlahəzrət,
Əziz qardaşım,
Ölkənizin milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının dost xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 4 sentyabr 2008-ci il.