İki xəstə üzərində koxlear implant əməliyyatı aparılıb
Bakı, 24 dekabr, AZƏRTAC
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin otorinolarinqoloq-cərrahı Tural Hüseynov 6 və 21 yaşında xəstələr üzərində koxlear implant əməliyyatını uğurla həyata keçirib.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, xəstələrin hər ikisində eşitmə problemi anadangəlmə deyil, qazanılmış olub. Onlar uzun müddət eşitmə aparatından istifadə etsələr də, faydasız olub və nitq qabiliyyətləri pozulmağa başlayıb. Əməliyyatdan əvvəl hər iki xəstədə zəruri testlər aparılıb, onlarda eşitmə sinirindən impuls alınıb və implantların normal çalışdığı təsbit edilib.
Bir gün sonra evə yazılan xəstələrə bir ay sonra implantların xarici parçasının taxılması nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]