CƏMİYYƏT
İki yüzdən çox tələbə-könüllünün iştirakı ilə “Gəncliyin BİR həftəsi 5” layihəsi keçirilib
![](/files/galleryphoto/2024/1/1200x630/17068742185847615538_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068742183872435795_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068742184286352914_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/1706874218494940366_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068742196242146302_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068742195368225748_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068742194128026311_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/1706874219636417674_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068742201906219383_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068742201197349392_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068742204071154217_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/1706874220267693076_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068742205621819102_1200x630.jpeg)
Bakı, 2 fevral, AZƏRTAC
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə fevralın 2-si Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən “Gəncliyin BİR həftəsi 5” layihəsində 200-dən çox tələbə-könüllü iştirak edib.
Bu barədə AZƏRTAC-a təşkilatdan məlumat verilib.
Bildirilib ki, könüllülər ilk olaraq Azərbaycan Gəncləri Gününün əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin mərkəzdəki büstü önünə gül qoyub, dahi rəhbərin unudulmaz xatirəsini anıblar. Daha sonra gənclərimiz Şəhidlər xiyabanı və II Fəxri xiyabana gələrək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizi yad ediblər.
Gənc tələbə-könüllülərin şəxsi inkişafının təmin olunması, dünyagörüşünün formalaşdırılması, asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, həmçinin könüllülük dəyərlərinin aşılanması məqsədilə keçirilən layihə çərçivəsində gənc nəslin sağlam ruhda yetişməsi və komanda işinin gücləndirilməsi məqsədilə “Zuğulba” Tədris İdman Bazasında şahmat, voleybol, futbol, stolüstü tennis olmaqla dörd fərqli idman növü üzrə həvəskar turnirlər təşkil olunub, “Karyera planlaması”, “İşə qəbul şansını artır”, “Beynəlxalq təmsilçilik”, “Enneaqramla yenidən özümüzü kəşf edək” və “Auditoriya qarşısında çıxış” mövzularında interaktiv təlimlər həyata keçirilib.
Ekoloji fəaliyyətləri daim gündəlikdə saxlayan “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin həftə çərçivəsində Xəzər dənizinin sahillərində “Tullantılara yox deyək” şüarı ilə təmizlik aksiyası həyata keçirilib. Eyni zamanda, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna, STEAM İnnovasiya Mərkəzinə, Azərbaycan Dəmir yolu Muzeyinə ekskursiyalar təşkil olunub, gənclər arasında əyləncəli mühitin formalaşdırılması, şəbəkələşmənin təmin olunması məqsədilə peyntbol oyunu, kartinq yarışı və musiqili proqramlar həyata keçirilib.
Yanvarın 29-dan fevralın 2-dək davam edən layihə çərçivəsində ümumilikdə 17 tədbir həyata keçirilib.