“İkinci kino gözəli yarışması” layihəsi başa çatıb
Bakı, 27 yanvar, AZƏRTAC
Türkiyənin məşhur “Kinonun kral və kraliçası: İkinci kino gözəli yarışması” layihəsinin Azərbaycan seçimi başa çatıb.
AZƏRTAC türk mətbuatına istinadən xəbər verir ki, seçimlərdə Bakı və bir çox bölgələrdən 14 qız və 30 oğlan iştirak edib. 3 saat davam edən yarışmada gənclərin səhnə mədəniyyəti, intellektual səviyyələri və aktyorluq bacarıqları yoxlanılıb. Sonda 1 qız və 1 oğlan finala vəsiqə qazanıblar. Qaliblər peşəkar münsiflər tərəfindən seçilib.
Müsabiqədə qalib olan qız - 24 yaşlı Səhər Əkbər, “Lider” televiziyasında 5 ildir aparıcılıq edir, modeldir. Digər qalib 24 yaşlı Pərviz Musayev, Azərbaycan Milli Konservatoriyasının 3-cü kurs tələbəsidir.
Yarışmada bir istisna hal da olub. Belə ki, bir nəfər-Pərvin Həsənzadə Kiprdə keçiriləcək “Miss Fashion” gözəllik yarışmasında iştirak etmək üçün seçilib.
Layihənin Azərbaycan nümayəndəliyinin rəhbəri Vüsalə Eyyubqızı bildirib ki, məqsədi istedadlı gənclərin müsabiqə yolu ilə seçilməsi və Türkiyə filmlərinə dəvət olunmasıdır. Müsabiqə istedadlı gənclərə bacarıqlarını nümayiş etdirmək şansı yaradır. O, deyib ki, finala vəsiqə qazanan Səhər Əkbər və Pərviz Musayev birbaşa İstanbulda keçiriləcək son final yarışmasına qatılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]