İKT SEKTORUNDA İSTEHSAL OLUNMUŞ MƏHSUL VƏ GÖSTƏRİLMİŞ XİDMƏTLƏRİN HƏCMİ 38,4 FAİZ ARTMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, yanvar-may aylarında informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun müəssisələri tərəfindən istehsal olunmuş məhsul və göstərilmiş xidmətlərin həcmi 354,8 milyon manat olmuş və ya 38,4 faiz artmışdır.
Hesablayıcı elektron maşınlarının və informasiyanı işləmək üçün digər avandanlığın istehsalında 3,5 dəfə, ötürücü cihazların istehsalında 3,4 dəfə, nəzarət-ölçü cihazlarının istehsalında 2,9 dəfə, texnoloji proseslərin tənzimlənməsi və nəzarət cihazlarının quraşdırılmasında 2,2 dəfə, elektrik məişət mallarının və radio-televiziya aparatlarının topdansatışında 53,9 faiz artım olmuşdur. Bununla yanaşı, kompyuterlərin və kompyuter periferiya avadanlığının topdansatışı və proqram təminatı 66,5 faiz, məlumat bazaları ilə əlaqədar fəaliyyət 42,6 faiz, hesablama texnikasının və ofis maşınlarının təmiri, onlara texniki xidmət göstərilməsi 37,9 dəfə, əlavə məsləhətlər və proqram təminatı 59,6 dəfə, elektrik rabitəsi 36,3 faiz, elektron və radioelementlərin istehsalı 2,7 dəfə artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]