İQTİSADİYYAT
İlin sonunadək ölkə əhalisi rəqəmli TV yayımı ilə tam əhatə olunacaq
Bakı, 7 noyabr, AZƏRTAC
Bu ilin sonunadək ölkə əhalisi rəqəmli televiziya yayımı ilə tam əhatə olunacaq. Hazırda rəqəmli yayım analoqla paralel həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov məlumat verib. Nazir bildirib ki, rəqəmli TV ilə əhatə olunmayan yaşayış məntəqələri əsasən ucqar yaşayış yerləridir. Respublika əhalisinin təqribən 3-4 faizi rəqəmli TV-dən istifadə edə bilmir. Ölkədə rəqəmsal TV-yə tam keçid isə 2015-ci ilin ikinci yarısında mümkün olacaq. Analoq yayım dayandırıldıqdan sonra ölkə vətəndaşlarının dekoder əldə etməsinə imkan yaradılacaq.
Qeyd edək ki, rəqəmsal yayımı izləmək üçün lazım olan avadanlığın qiyməti 20-30 manatdır.