Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlk azərbaycanlı alim-cərrah, akademik Mirəsədulla Mirqasımovun 130 illik yubileyi qeyd olunmuşdur

Bakı, 10 dekabr (AZƏRTAC). Dekabrın 10-da Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti, tanınmış ictimai xadim, ilk azərbaycanlı alim-cərrah, tibb üzrə elmlər doktoru, akademik Mirəsədulla Mirqasımovun 130 illik yubileyi qeyd olunmuşdur.

AZƏRTAC xəbər verir ki, AMEA-nın, Səhiyyə və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən yubiley mərasiminin iştirakçıları əvvəlcə Fəxri xiyabanda mərhum alimin xatirəsini anmış, məzarı üzərinə gül dəstələri düzmüşlər.

Sonra tədbir iştirakçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında görkəmli akademikin həyat və yaradıcılığını əks etdirən kitab, jurnal və digər nəşrlərdən ibarət sərgiyə baxmışlar. Sərgidə təqdim olunan “Akademik Mirəsədulla Mirqasımov haqqında xatirələr kitabı” və alimin şəxsi əşyaları maraqla qarşılanmışdır.

Yubiley tədbirində çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirmişdir ki, M.Mirqasımov elmi-təşkilati, pedaqoji və tibbi-nəzəri istiqamətləri özündə birləşdirən çoxşaxəli fəaliyyəti ilə XX əsrin birinci yarısında Azərbaycan elmi-ictimai düşüncəsinin təşəkkülündə və inkişafında müstəsna rol oynamışdır. 1945-ci ildə, İkinci Dünya müharibəsi bitməmiş ölkədə elmi proseslərin daha mütəşəkkil təşkili, tarix, mədəniyyət və təbiətin daha sistemli öyrənilməsi məqsədilə Azərbaycan Elmlər Akademiyası (AEA) təsis edilmişdir. Akademiklərin ilk yığıncağında tibb sahəsində zəngin elmi təcrübəsi ilə fərqlənən akademik M.Mirqasımov AEA-nın ilk prezidenti seçilmişdir. O vaxtdan indiyədək böyük tarixi inkişaf yolu keçmiş AMEA hazırda özünün 70 illik yubileyinə hazırlaşır.

A.Əlizadə demişdir ki, M.Mirqasımovun şəxsiyyətindəki sanballılıq öz tipoloji əsası etibarilə XX əsrin əvvəllərindəki Azərbaycan milli ziyalı elitasına söykənir. Bu mənada onun da şəxsiyyəti Üzeyir bəy Hacıbəyli, Hüseyn Cavid və Cəfər Cabbarlı kimi milli epoxa ilə sovet epoxasını özündə birləşdirir.

Diqqətə çatdırılmışdır ki, M.Mirqasımovun 130 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 6 fevral tarixli Sərəncamı əsasında keçirilir. Sərəncama əsasən, yubileylə əlaqədar təbirlər planı hazırlanmış, akademikin vaxtilə yaşadığı binadakı xatirə lövhəsi yenilənmiş, alimin həyat və yaradıcılığı haqqında filmin çəkilməsi haqqında Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmışdır.

Tədbirdə səhiyyə naziri Oqtay Şirəliyev demişdir ki, M.Mirqasımov Azərbaycanda uroloji xəstəliklər üzrə doktorluq dissertasiyası müdafiə etmiş ilk milli mütəxəssis kimi səhiyyə tariximizdə layiqli və əbədi yer tutur. Hələ 30-cu illərdə görkəmli alim tələbələri ilə birlikdə Azərbaycanda urolitiazın meydana gəlməsi və yayılması, malyariya xəstəliyinin fəsadları, cərrahi müalicəsi və tibb sahəsindəki digər problemlərin həlli ilə ciddi məşğul olmuşdur.

Nazir bildirmişdir ki, Bakıdakı küçələrdən birinə, eləcə də Respublika Klinik Xəstəxanasına akademik M.Mirqasımovun adının verilməsi onun şəxsiyyətinə olan ehtiramın təcəssümüdür.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov M. Mirqasımovun elmi-pedaqoji fəaliyyətindən danışmışdır. Qeyd etmişdir ki, akademik M.Mirqasımov Bakı Dövlət Universitetində tibb elminin tədrisinə cəlb olunmuş ilk milli kadrlardan biridir. 1930-cu ildə yenicə təşkil olunmuş Tibb İnstitutunda dərslərin rus dili ilə yanaşı, Azərbaycan dilində də tədrisinin qərara alındığını söyləyən nazir o dövrdə milli dərsliklərə ciddi ehtiyac yarandığını xatırlatmışdır. Vurğulamışdır ki, bunu nəzərə alan M.Mirqasımov 1931-ci ildə ilk dəfə Azərbaycan dilində “Ümumi cərrahiyyə” adlı orijinal dərslik hazırlamışdır.

Azərbaycan Tibb Universitetinin rektoru, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov isə M.Mirqasımovun tibb elmindəki digər xidmətlərindən bəhs etmişdir. Demişdir ki, görkəmli akademik 1929-cu ildə tibb fakültəsi nəzdində təşkil olunmuş “Operativ urologiya” kursunun rəhbəri təyin edilmiş, ölkəmizdə urologiya elminin milli inkişaf tarixinin özül daşlarını qoymuşdur. İkinci Dünya müharibəsi illərində M.Mirqasımov həmkarları ilə birlikdə Azərbaycanda hospital xidmətinə, hərbi-səhra cərrahlığının əsasının qoyulmasına və inkişaf etdirilməsinə mühüm töhfələr vermişdir. O, 28 il fasiləsiz olaraq indiki Azərbaycan Tibb Universitetinin hospital cərrahlığı kafedrasının müdirİ vəzifəsində çalışmaqla yüksək ixtisaslı kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərmiş, institutun maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm rol oynamışdır.

Qeyd edilmişdir ki, M.Mirqasımov Azərbaycan Tibb Universitetində ilk dəfə patoloji anatomiya muzeyini yaratmışdır. Həmin muzey bu gün də fəaliyyət göstərir. Bundan əlavə, M.Mirqasımov 30-dan çox elmlər doktoru yetişdirmişdir. Bu isə onun yaşadığı dövr üçün o qədər də asan məsələ deyildi.

Ə.Əmiraslanov diqqətə çatdırmışdır ki, ilk təhsilini mədrəsədə alan M.Mirqasımov 3 il Odessanın müxtəlif klinikalarında cərrahiyyənin müxtəlif sahələri üzrə təcrübə keçmişdir. Bu gün deyə bilərik ki, Azərbaycanda cərrahiyyənin əsasını Mustafa bəyTopçubaşov və Mirəsədulla Mirqasımov qoymuşlar.

Bildirilmişdir ki, M.Mirqasımov Azərbaycan Tibb Universitetində çalışdığı dövrdə bu elm ocağının nəzdində klinikalarının yaradılması barədə çox düşünmüşdür. Buna nail ola bilməsə də, onun ideyaları bu gün həyata keçmişdir. Artıq Azərbaycan Tibb Universitetinin 4 klinikası fəaliyyət göstərir.

Yubiley mərasimində çıxış edən akademik İsmayıl İbrahimov M.Mirqasımovla bağlı xatirələrini bölüşmüş və görkəmli alimin yüksək insani keyfiyyətlərindən danışmışdır.

Akademik Vasim Məmmədəliyev isə M.Mirqasımovun Şərq ədəbiyyatına dərindən bələd olmasını və Quranı əzbərdən bilməsini diqqətə çatdırmışdır.

Akademik Böyükkişi Ağayev M.Mirqasımovun cərrahiyyə sahəsində apardığı elmi-praktiki işlərin əhəmiyyətindən bəhs etmişdir. Bildirilmişdir ki, onun “Qarın yatalağı” adlı ikicildlik monoqrafiyası hazırda sanballı bir elmi əsər kimi qiymətləndirilməkdədir.

Görkəmli akademikin oğlu Oqtay Mirqasımov atasının xatirəsinə göstərilən yüksək ehtirama görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.

Tədbirdən sonra M.Mirqasımovun vaxtilə yaşadığı Xaqani, 19 ünvanındakı binada akademikin yeni xatirə lövhəsinin açılışı olmuşdur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib