İmtahan iştirakçısı: Sualların çətinlik dərəcəsi normal idi VİDEO
Bakı, 12 avqust, AZƏRTAC
Peşə təmayüllü siniflər üzrə müəllimlərin işə qəbulu imtahanında sualların çətinlik dərəcəsi normal idi.
AZƏRTAC xəbər verir ki, bu fikri peşə təmayüllü siniflər üzrə müəllimlərin işə qəbulu imtahanında iştirak edən Sevil Abdullayeva jurnalistlərə açıqlamasında deyib.
“Dərzilik ixtisası üzrə imtahan vermişdim. İmtahan çox yaxşı keçdi, sualların çətinlik dərəcəsi də normal idi”, – deyə imtahan iştirakçısı qeyd edib.
Müxbir – Nərmin Muradzadə
Fotoqraf – Azər İbrahimov
Videooperator – İlham Nadirov