Gürcüstan prokurorluğu həbsdə olan sabiq Baş nazirə qarşı yeni ittiham irəli sürüb
Tbilisi, 24 avqust, AZƏRTAC
Gürcüstan Prokurorluğu sabiq Baş nazir İrakli Qaribaşviliyə qarşı əvvəlcədən razılaşdırılmış şəkildə bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda rüşvət almaqda ittiham irəli sürüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Baş prokurorunun müavini Amiran Quluaşvili bu gün keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, İrakli Qaribaşvilini 11 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd edək ki, Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili yanvarın 12-də həbs olunub. Məhkəmənin qərarı ilə o, 1 milyon lari cərimə olunmaqla 5 il müddətinə azadlıqdan məhrum edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]