Niderlandda alman məktəblilərin olduğu avtobus qəzaya uğrayıb
Berlin, 24 avqust, AZƏRTAC
Niderlandın Vezep şəhəri yaxınlığında içərisində alman məktəblilərin də olduğu tur avtobusu qəzaya uğrayıb.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, təxminən 50-dək məktəblinin olduğu avtobus səhər saatlarında magistralda yük avtomobili ilə toqquşub. Zərbənin təsirindən yük avtomobilinin iki hissəyə ayrıldığı bildirilir. Toqquşmadan sonra yolun kənarındakı qoruyucu səddi aşan avtobus əks istiqamətdəki yola çıxaraq aşıb.
Qəza nəticəsində azı 15 nəfər xəsarət alıb. Xəsarət alan məktəblilərdən bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə müxtəlif bölgələrdən çox sayda təcili tibbi yardım briqadası, eləcə də üç tibbi helikopter cəlb olunub.
Hadisə ilə bağlı araşdırma aparılır. Qəza ilə əlaqədar avtomobil yolunun hər iki istiqaməti nəqliyyatın hərəkəti üçün bağlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]