Azərbaycan Dövlət İnformasiya Agentliyi

İncəsənət və memarlığın inkişafında dil mədəniyyətinin rolu böyükdür

İncəsənət və memarlığın inkişafında dil mədəniyyətinin rolu böyükdür

Bakı, 5 fevral, AZƏRTAC

Bu il ölkəmizin müstəqilliyini bərpa etməsinin 35-ci ildönümü tamam olacaq. Bu, böyük, əlamətdar hadisədir, dövlətçiliyimizin, uğurlu daxili və xarici siyasətimizin bariz göstəricisidir. Ötən illər ərzində Azərbaycan Respublikası çətinliklərə sinə gərib, inkişaf edib, möhkəmlənib. Bu işdə müasir Azərbaycan dövlətçiliyinin memarı Ulu Öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti həlledici rol oynayıb. Azərbaycanın ən çətin durumunda xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider qısa zamanda sabitliyi bərpa etməyə nail olub və nəticədə dayanıqlı inkişafımızın əsası qoyulub. Ulu Öndərin müdrik dövlətçilik ənənəsini uğurla davam etdirən Prezident İlham Əliyev bu nailiyyətləri daha da inkişaf etdirib; ölkəmizin ərazi bütövlüyü təmin olunub, Azərbaycan dünyada qüdrətli söz sahibinə çevrilib.

Əlbəttə, bu nailiyyətlərin əsasında vətənpərvərlik, milli özünüdərk hissi dayanır. Çünki milli dəyərləri qiymətləndirmədən həqiqi milli suverenlik qazanmaq və onu inkişaf etdirmək mümkün deyil. Bu sırada milli dil öncül mövqedə dayanır. Milli şüurun, milli kimliyin dərki mənəvi bütövlüyün, vətən sevgisinin təməl daşıdır. Azərbaycanın bütün sahələrdəki gücü, dinamik inkişafı xalqın milli özünüdərki, ana dilini qoruyub saxlaması və inkişaf etdirməsi ilə qırılmaz surətdə bağlıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə söyləyib.

Professor qeyd edib ki, Ulu Öndər Azərbaycan dilinin inkişafına, onun saflığına böyük önəm verirdi. Heydər Əliyev 2001-ci il avqustun 9-da avqustun 1-nin Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması haqqında Fərman imzalamışdı. O zamandan etibarən hər il bu bayram respublikamızda geniş qeyd olunur.

2025-ci il noyabrın 3-də AMEA-nın 80 illik yubiley yığıncağında Prezident İlham Əliyev deyib: “Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti”.

Bu sözlər Azərbaycan ziyalısının, Azərbaycan aliminin qarşısında böyük vəzifələr qoyur. Bu, xüsusilə humanitar və ictimai elmləri təmsil edən alimlərimizə aiddir. Biz dilimizi inkişaf etdirməli, onu yad təsirlərdən qorumalıyıq. Qalib Azərbaycan əsgəri vətənini qoruyan kimi, təəssübkeş Azərbaycan ziyalısı da dilini qorumalıdır. Bu məsələ prioritet vəzifə kimi alimlərimizin qarşısında dayanır.

Ana dilimizin saflığı mühüm məsələlərdən biridir. Prezident İlham Əliyev bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verərkən Azərbaycan dilinin saflığı barədə belə deyib: “Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm. Nə üçün mübarizə? Çünki bugünkü dünyada sən qapalı məkanda yaşaya bilməzsən. Sən dəmir pərdə ilə özünü bağlaya bilməzsən - istər-istəməz təmaslar, ondan sonra internet resursları, sosial şəbəkələr və sair. İstər-istəməz xarici kəlmələr daxil olur və sonra orada həzm olunur və ondan sonra istifadə edilir. Mən bunun əleyhinəyəm”.

Professor qeyd edib ki, proqram xarakterli bu sözlər hər bir Azərbaycan ziyalısı üçün bir mesaj, örnək olmalıdır. Çünki bu çağırışların ön cərgəsində məhz ziyalılar dayanır. Dilimizin saflığı uğrunda mübarizədə onların öhdəsinə düşən vəzifələr daha böyükdür. Milli əqidəni milli ziyalı formalaşdırır, həm də məhz dil vasitəsilə formalaşdırır. Əgər dil qüsurlu olarsa, onda milli düşüncə də istənilən səviyyədə olmaz. Atalarda yaxşı bir deyim var: “Gözəllik ondur, doqquzu dondur”. Bu fikir sanki dil mədəniyyətinin boyuna biçilib. Mükəmməl fikri insanlara çatdırmaq üçün mükəmməl dil mədəniyyəti tələb olunur. Hətta yaxşı, maraqlı fikir belə, əgər yöndəmsiz, qəlib, rəndə görməmiş sözlərlə ifadə olunarsa, onun qiyməti, kəsəri itib-batar, ürəklərə, zehinlərə yol tapa bilməz.

Ana dilimizin saflığı təkcə dilçilərin, ədəbiyyatşünasların vəzifəsi deyil. Bu, bizim hər birimizin vəzifəsidir. Bəzən belə bir etinasız, biganə sözlərlə qarşılaşırsan: “Axı dil memarların, sənətşünasların nəyinə gərəkdir?”. Kökündən yanlış olan bu fikirlə mübarizə aparmaq məhz elə memarların, sənətşünasların öhdəsinə düşür. Unutmayaq ki, sənətşünaslıq humanitar elmin bir sahəsidir. Digər sahələrdə, misal üçün, ədəbiyyatşünaslıqda olduğu kimi, onun da əsas ifadə vasitəsi məhz dildir. Tamamilə aydındır ki, mükəmməl, səlis elmi dil olmadan heç bir əsər tam şəkildə uğur qazana bilməz. Elə buna görə də digər alimlərimizlə yanaşı, memar və sənətşünaslar da Azərbaycan dilini inkişaf etdirməli, onun saflığının keşiyində durmalıdırlar.

“Memarlıq və İncəsənət İnstitutunda Azərbaycan dilinin geniş imkanlarından yararlanmaqla yüksək səviyyədə ədəbi və elmi üslubda tədqiqat işləri aparılır. Bədii sənətin istər tarixinin, istərsə də nəzəriyyəsinin araşdırılmasında böyük söz mədəniyyətinə hər zaman ehtiyac var. Son dövrlərdə institutda işıq üzü görmüş nəşrlərin dil-üslub xüsusiyyətləri nəzərəçarpacaq dərəcədə təkmilləşib. Lakin böyük uğurlardan danışmaq hesab edirik ki, hələ tezdir. Dil mədəniyyəti sahəsindəki prinsipial mövqeyimizi gələcəkdə də davam etdirməyimiz tələb olunur.

Məlum olduğu kimi, dilin inkişaf etməsinin əsas şərtlərindən biri onun lüğət tərkibinin mükəmməl olmasıdır. Bu baxımdan sahə terminoloji nəşrlərinin böyük əhəmiyyəti var. Tarixə nəzər salsaq görərik ki, Memarlıq və İncəsənət İnstitutunda vaxtilə bu sahədə müəyyən işlər görülüb. Hələ ötən əsrin 50-ci illərində institutda müəllif kollektivi tərəfindən inşaat, memarlıq və təsviri sənət terminləri lüğəti hazırlanıb. Nisbətən kiçik olmasına baxmayaraq o dövr uçun bu nəşr böyük hadisə sayıla bilərdi. Sonralar, artıq 90-cı illərdə institutumuzun əməkdaşı, uzun müddət indiki Musiqi folkloru şöbəsində çalışmış sənətşünaslıq üzrə fəlsəfə doktoru Əfruz Məmmədova musiqi terminləri lüğəti hazırlamışdı. Belə faktlardan yenə də sadalamaq olar. Lakin indiki zamanda, mövcud reallıqlar və çağırışlar işığında institut kollektivinin qarşısında duran əsas vəzifələrdən biri memarlıq və incəsənət sahəsində yeni, daha geniş, dövrlə səsləşən, müasir elmmetrik bazaların və rəqəmsal elmin, süni intellekt əsrinin tələblərinə cavab verən terminlər lüğətinin hazırlanmasıdır. Artıq bu sahədə işlərə başlanılıb. Belə ki, 2026-2030-cu illər üçün institutun perspektiv fəaliyyət planında memarlıq terminləri lüğətinin hazırlanması nəzərdə tutulub. Hazırda bu istiqamətdə məqsədyönlü işlər aparılır.

Dil həyatdır, varlıqdır, milli kimlikdir. Dil sərvətdir, nemətdir. Dil həm də böyük mədəniyyətdir. Mədəniyyətsiz dil olmadığı kimi, dilsiz də mədəniyyət yoxdur. Dil həm də gələcəkdir, qüdrətli, inkişaf edən Azərbaycanımızın gələcəyidir. Gələcəyimizi qorumaq hər birimizin müqəddəs borcudur. İstər-istəməz Xalq şairi Bəxtiyar Vahabzadənin məşhur “Mənim ana dilim” şeirindəki əbədiyaşar misralar yada düşür:

Mənim ana dilim, mənim kimliyim,

Pasportum, özümə öz hakimliyim...

Biz öz “hakimliyimizi” hər zaman qorumuşuq və bundan sonra da qoruyacağıq. Azərbaycan aliminin dilimizi qoruması, onun saflığı uğrunda çalışması günümüzün prioritet vəzifələrindən biridir. Hər birimiz bu vacib işdə səfərbər olmalıyıq”, - deyə professor Ərtegin Salamzadə fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Kürdəmirdə 91 nəfərin zəhərlənmə şübhəsi ilə xəstəxanaya hospitalizasiya olunduğu açıqlanıb, araşdırma aparılır – YENİLƏNİB 2 VİDEO

Kürdəmirdə 91 nəfərin zəhərlənmə şübhəsi ilə xəstəxanaya hospitalizasiya olunduğu açıqlanıb, araşdırma aparılır – YENİLƏNİB 2 VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu işə başlayıb YENİLƏNİB

Ümumi istifadədə olan avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

“AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Frederik Star: Trans-Xəzər marşrutu regional əməkdaşlığın inkişafına töhfə verir

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

“Birliyin Gücü-2026”: 3 500-dən çox hərbçi və 130 PUA təlimdə

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak ediblər

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

“ADEX 2026”: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik