İndoneziya polisi Papuadakı iğtişaşların bütün təşkilatçılarının həbs olunacaqlarını vəd edib
Tokio, 6 sentyabr, AZƏRTAC
İndoneziya polisi ölkənin şərqində separatçı xarakterli kütləvi iğtişaşların bütün təşkilatçılarının həbs olunacaqlarını vəd edib.
AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 6-da “The Straits Times” qəzeti İndoneziyanın hüquq-mühafizə orqanlarının rəhbəri Tito Karnaviana istinadla məlumat yayıb. T.Karnavianın sözlərini sitat gətirən qəzet yazır: “Papuada baş verən hadisələr, həmçinin xaricdəki qruplar tərəfindən qızışdırılıb. Polis onların hamısının həbsi və zərərsizləşdirilməsi üçün lazım olan bütün addımları atacaq”.
Etirazların arxasında kimlərin durmasının polis tərəfindən artıq müəyyənləşdirildiyi də qeyd edilib. Bildirilir ki, polisin rəyinə görə, iğtişaşların əsas ruhlandırıcılarından biri hazırda Böyük Britaniyada gizlənən Benni Vendudur.
B.Vendu “Qərbi Papuanın Birləşmiş Azadlıq Hərəkatı”nın İndoneziyanın şərq əyalətlərinin ayrılmasına çalışan liderlərindən biri hesab edilir. İndoneziyada 2000-ci ildə polis məntəqəsinə hücumun təşkilatçılarından və iştirakçılarından biri hesab edilən B.Venduya qarşı ittiham irəli sürülsə də o, 2003-cü ildə ölkəni tərk edərək Böyük Britaniyaya qaçıb. Burada ona əvvəlcə sığınacaq, sonra vətəndaşlıq hüququ verilib. İnterpol tərəfindən onun beynəlxalq axtarışa verilməsinə baxmayaraq, rəsmi London B.Vendunu Cakartaya verməkdən imtina edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]