DÜNYA
İndoneziyada Levotobi vulkanı yenidən püskürüb
Bakı, 7 noyabr, AZƏRTAC
İndoneziyada məşhur turist adalarından biri olan Floresdə yerləşən Laki-Laki dağı ərazisində Levotobi vulkanı yenidən püskürüb.
AZƏRTAC xəbər verir ki, bu barədə ANTARA Xəbər Agentliyi məlumat yayıb. Bildirilib ki, vulkanın külü 5 min metr hündürlüyə qalxıb.
Püskürmə maksimum amplitudası 47,3 millimetr və müvəqqəti müddəti 24 dəqiqə beş saniyə olan seysmoqrafda qeydə alınıb.
Vulkan yaxınlıqda yerləşən yaşayış məntəqələrində yanğınlara səbəb olub. Əhaliyə yeddi kilometr radiusda risk zonasından uzaq durmaq barədə xəbərdarlıq olunub.