İNFEKSİON XƏSTƏLİKLƏRƏ QARŞI PEYVƏNDLƏMƏ İŞİ APARILIR
Göyçay rayon baytarlıq idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, fərdi və kollektiv heyvandarlıq, quşçuluq təsərrüfatlarında infeksion xəstəliklərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsinə başlanmışdır.
Qara yara, dabaq, quşların taunu xəstəliklərinə qarşı aparılan peyvəndləmə işləri martın sonunadək davam etdiriləcəkdir. Tədbirlər çərçivəsində 46 min baş qaramal, 59 min baş davar, 300 min quş peyvənd olunacaqdır. Bununla əlaqədar Dövlət Baytarlıq Təchizatı Birliyi yerli baytar həkimləri lazımi dizinfeksiya maddələri, dərman preparatları və xüsusi qoruyucu geyimlərlə təmin etmişdir.
Həmçinin rayonda quş qripi xəstəliyi ilə bağlı qabaqlayıcı tədbirlər kimi ayda 2 dəfə monitorinq keçirilir və əhali arasında mütəmadi olaraq maarifləndirmə işi aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]