İnformasiya Texnologiyaları sahəsində çalışan qadınların sayı artmışdır
Bakı, 20 noyabr (AZƏRTAC). ABŞ Əmək Statistikası Bürosunun (BLS) məlumatına əsasən, 2012-ci ildə yüksək texnologiyalar sahəsi üzrə iş yerlərinin 34 faizində qadınlar çalışmışlar. Cari ildə bu göstərici iki dəfə artmışdır. İnformasiya Texnologiyaları bazarında işləməyə başlayan kişilərin payı cəmi 40 faiz olmuşdur. Bununla yanaşı, kişi və qadınlar təxminən eyni əməkhaqqı almışlar ki, bu da əksər sahələr üçün tipik deyildir.
“BLS”-in hesabatında qeyd olunmuşdur ki, texnologiya sahəsində zəif cinsin təmsilçiləri kişilərin gördüyü işlərin təqribən 93-97 faizini yerinə yetirirlər. Digər biznes sahələrində qadınlar üçün bu göstərici 77 faiz təşkil etmişdir.
Bundan başqa, bir neçə informasiya texnologiyaları şirkətinə qadınlar rəhbərlik edir. Onların sırasında Meq Uitman (“HP” şirkətinin rəhbəri), Cinni Rometti (“IBM”-in baş direktoru), Marissa Mayer (“Yahoo!”-nun rəhbəri) vardır.
Qeyd edək ki, ABŞ-da qadınların informasiya texnologiyaları üzrə təhsil almasına və müvafiq şirkətlərdə işlə təmin olunmasına yardım göstərən Qadın Proqramçılar Assosiasiyası fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]