İORDANİYANIN KRALI ƏLAHƏZRƏT II ABDULLAYA
İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Azərbaycan-İordaniya münasibətlərinin bugünkü vəziyyəti məmnunluq doğurur. Əminəm ki, dostluq və əməkdaşlıq ənənələrimiz xalqlarımızın iradəsinə uyğun olaraq daim yaşayacaq və inkişaf edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımızı yetirir, dost İordaniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 17 may 2006-cı il.