İQTİSADİ İNKİŞAF NAZİRLİYİ TƏTBİQİ XARAKTERLİ ELMİ YENİLİKLƏRİN MƏLUMAT BAZASINI HAZIRLAYIR
İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev AZƏRTAC-a bildirmişdir ki, ilkin olaraq beynəlxalq təcrübə nəzərə alınmaqla, qurum tərəfindən sahibkarların innovasiya fəaliyyətlərinin təşviqi, tətbiqi xarakterli elmi yeniliklərin məlumat bazasının təşkili istiqamətində işlər görülməkdədir.
Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlığa başlanmış, ölkənin əlaqədar dövlət təşkilatlarına və müvafiq ali təhsil ocaqlarına müraciətlər edilmişdir. Artıq bu təşkilatlardan da məlumatlar daxil olmaqdadır. Məlumat bazası hazır olduqdan sonra iqtisadiyyatın bütün sahələri üzrə Azərbaycanda mövcud elmi ixtiralar haqqında məlumatların iş adamlarına çatdırılması məqsədi ilə “İnnovasiya yönümlü elmi yeniliklərin kataloqu” hazırlanacaq, ölkənin aparıcı sahibkarlarının və elmi ixtiraların müəlliflərinin iştirakı ilə silsilə tədbirlər keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]