İqtisadi rayonların bölgüsünə uyğun olaraq 12 regional mədəniyyət idarəsi yaradılıb
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli Sərəncamında dəyişiklik edilib.
AZƏRTAC xəbər verir ki, fevralın 23-də Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq 12 regional mədəniyyət idarəsi (Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Qarabağ Regional Mədəniyyət İdarəsi, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi) yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:50]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]