İrakli Kobaxidze: ABŞ-dan nikbin mesajlar alırıq
Tbilisi, 10 fevral, AZƏRTAC
"Amerika Birləşmiş Ştatlarından nikbin mesajlar gəlir. İstəyimiz strateji tərəfdaşlığı bərpa etməkdir, ABŞ tərəfinin addımlarını gözləyəcəyik".
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Hökumət başçısının sözlərinə görə, Gürcüstan ABŞ-la münasibətlərin yenidən qurulmasında və strateji tərəfdaşlığın bərpasında maraqlı olduğunu artıq ifadə edib.
"Əsasən bu, Amerika tərəfindən asılıdır. Biz münasibətlərin yenidən qurulmasında və strateji tərəfdaşlığın bərpasında maraqlıyıq. Amerika tərəfindən eşitdiyimiz son mesajlar bizə nikbin təsir bağışlayır. Biz ABŞ-ın bu istiqamətdə atacağı addımları gözləyəcəyik", - deyə Baş nazir bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [13:59]
“Insee”: Fransada işsizlik artmaqda davam edir
- 10.02.2026 [13:49]
Avropada Çin məhsullarına 30 faiz rüsum tətbiq edilməsi təklif olunur
- 10.02.2026 [13:40]
Türkiyədə siqaretçəkmə qadağası sərtləşdirilə bilər
- 10.02.2026 [13:36]
Media: Kanada Ukraynaya 10 min ədəd “Browning” tapançası verə bilər
- 10.02.2026 [13:18]
Donald Tramp ABŞ və Kanada arasında körpünün açılışını əngəlləyə bilər
- 10.02.2026 [12:58]
“Labubu” oyuncağının satışları bir ildə 100 milyon ədəd artıb
- 10.02.2026 [12:45]