DÜNYA
İran polisi 21 tondan çox narkotik vasitə müsadirə edib
![İran polisi 21 tondan çox narkotik vasitə müsadirə edib](/files/2019/3/1200x630/15741605144910013744_1200x630.jpg)
Tehran, 19 noyabr AZƏRTAC.
Noyabrın 2-dən 8-dək İranın bir sıra vilayətlərində keçirilən əməliyyat tədbirləri nəticəsində 21 ton 173 kiloqram narkotik vasitə müsadirə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Narkotiklərə Qarşı Mübarizə Komitəsinin nümayəndəsi Naser Aslani məlumat verib. O bildirib ki, polis və təhlükəsizlik orqanlarının birgə əməliyyatı zamanı ən çox narkotik vasitə Sistan-Bəlucistan vilayətində ələ keçirilib. Bu vilayət Əfqanistan ilə sərhəddə yerləşir. Qaçaqmalçılar İran ərazisindən tranzit kimi istifadə edərək narkotik maddələri Avropaya daşımağa çalışırlar. Lakin həyata keçirilən tədbirlər nəticəsində qaçaqmalçılığın qarşısı alınır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.07.2024 [19:18]
ABŞ-da atışma zamanı 3 nəfər ölüb
- 01.07.2024 [18:13]
Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb
- 01.07.2024 [18:05]
Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir
- 01.07.2024 [18:04]
Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər
- 01.07.2024 [17:27]
Şotlandiyadakı ada ən azı 600 min avroya satışa çıxarılıb
- 01.07.2024 [17:22]