İRAN PREZİDENTİ MƏHƏMMƏD XATƏMİ QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİNİ QƏBUL ETMİŞDİR
İran Prezidenti söhbət zamanı vurğuladı ki, onun Azərbaycana rəsmi səfəri təkcə siyasi və iqtisadi sahələrdə deyil, mədəni və mənəvi əlaqələrimizin güclənməsində mühüm rol oynayacaqdır.
Şeyxülislam Allahşükür Paşazadə dedi ki, Azərbaycan dost-qonşu İranla əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. O xatırlatdı ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu vaxtda Qafqaz Müsəlmanları İdarəsinə və şəxsən şeyxülislama İranla əlaqələrin inkişafına xüsusi diqqət yetirməyi dəfələrlə tövsiyə etmişdir. Heydər Əliyev siyasətinin davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev də həmin xəttə sadiqdir. Şeyxülislam vurğuladı ki, cənab Məhmməd Xatəminin bu rəsmi səfəri münasibətlərimizin daha da genişlənməsində və möhkəmlənməsində yeni mərhələ olacaqdır.
Hacı Allahşükür Paşazadə ali qonağa müqəddəs Qurani-Kərimin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini, əl ilə toxunmuş kiçik xalça hədiyyə etdi.
Görüşdə bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı.