İRAN VƏ RUSİYA NEFT-QAZ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ EDƏCƏKLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tehranda “Qazprom” Açıq Səhmdar Cəmiyyəti ilə İran Milli Neft Şirkəti (NIOC) arasında “Neft-qaz hasilatında əməkdaşlıq sahəsində qarşılıqlı anlaşma haqqında Memorandum” imzalanmışdır.
Rusiya və İran KİV-lərinin məlumatına görə, sənədi Rusiya tərəfindən “Qazprom”un idarə heyətinin sədri Aleksey Miller, İran tərəfindən isə NİOC-un icraçı direktoru Seyfulla Cansaz imzalamışlar.
Mərasimdə İranın neft naziri Qulam Hüseyn Nozari iştirak etmişdir. Əldə olunmuş razılaşma dünyada ən iri “Cənubi Pars” qaz-kondensat yatağının işlənilməsində “Qazprom”la qarşılıqlı əlaqələri, qazın toplanması əməliyyatlarını, habelə İrandan Cənubi Asiyaya qaz nəql edəcək İran-Pakistan-Hindistan boru kəməri layihəsinin reallaşdırılmasını nəzərdə tutur.
Sənədə əsasən, Rusiya tərəfi “Şimali Azadigan” neft yatağının işlənilməsində, İranın şimalında neftayırma zavodunun tikintisində, xam neftin Xəzər dənizindən Neka-Cəsk (İranın müvafiq olaraq Xəzərdə və Oman körfəzində yerləşən iri liman şəhərləri) marşrutu ilə Oman körfəzinə daşınmasında iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]