İranda 100 milyon dozadan çox peyvənd vurulub
Tehran, 17 noyabr, AZƏRTAC
İranda 100 milyon dozadan çox peyvənd vurulub və vaksinasiya prosesi davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin açıqlamasında deyilir. Açıqlamada qeyd olunur ki, 56 milyon nəfərə birinci, 53 milyon nəfərə isə hər iki doza peyvənd vurulub. Beləliklə əhalinin 83 faizi peyvənd olunub.
Nazirliyin açıqlamasına görə, son 24 saat ərzində ölkə ərazisində 6 min 251 nəfərin koronavirusa yoluxması, 125 nəfərin isə bu xəstəlikdən ölməsi faktı qeydə alınıb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 6 milyon 57 min 893 nəfərə, ölənlərin ümumi sayı isə 128 min 531-ə çatıb. Virusa yoluxaraq müalicə alan xəstələrdən 3 min 463-nün vəziyyəti ağır olaraq qalır. Bu günə kimi yoluxaraq müalicə alan 5 milyon 734 min 181 xəstə sağalaraq evə buraxılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]