İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub - YENİLƏNİB
Bakı, 24 mart, AZƏRTAC
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 07:16-da Naxçıvan stansiyasından 102 kilometr cənub-qərbdə, İranın Xoy şəhərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 10 kilometr dərinlikdə olub.
Zəlzələ Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss edilib.
07:53
İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 5,6 maqnitudalı zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanların episentri 7 kilometr dərinlikdə olub.
Zəlzələ Naxçıvan Muxtar Respublikası və Türkiyənin sərhəd ərazilərində də hiss edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [16:22]
Donor qanı hansı yoxlamalardan keçirilir?
- 04.06.2026 [15:09]
Əməyin mühafizəsinə dair sertifikatlar təhsil işçilərinə təqdim olunub
- 04.06.2026 [15:07]