İranda biri qadın olmaqla 8 terrorçu həbs edilib
Tehran, 21 fevral, AZƏRTAC
İranın təhlükəsizlik qüvvələrinin həyata keçirdikləri əməliyyat zamanı biri qadın olmaqla 8 terrorçu həbs edilib.
AZƏRTAC xəbər verir ki, əməliyyat fevralın 13-də Sistan-Bəlucistan vilayətində törədilən terror aktı ilə əlaqədar olaraq keçirilib.
İranın Sistan-Bəlucistan vilayətinin ədliyyə idarəsinin rəisi İbrahim Həmidi bu gün mətbuata verdiyi açıqlamada bildirib ki, hərbçiləri daşıyan avtobusla toqquşaraq partlayışa səbəb olan avtomobilin sahibi müəyyənləşdirilib. Bu avtomobil Zahidanda yaşayan bir qadına məxsus olub. Qadının evində aparılan axtarış zamanı həmin avtomobilin sənədləri və ehtiyat hissələri aşkarlanıb. Qadın dindirilib və terror aktında iştirakını etiraf edib. Qadının verdiyi ifadəyə əsasən daha 7 nəfər həbs edilib.
Hazırda istintaq tədbirləri davam edir.
Xatırladaq ki, fevralın 13-də Sista-Bəlucistan vilayətində İran İslam İnqilabının Keşikçiləri Korpusunun əsgər və zabitlərini aparan avtobusa qarşı terror aktı törədilib. Nəticədə 41 nəfər həlak olub. Həlak olanların 27 nəfəri İslam İnqilabının Keşikçiləri Korpusunun əsgər və zabiti idi.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]